header

 Koalisiya qüvvələri məscidi bombalamalarını qanuni adlandırdı

Bombardman nəticəsində uşaqlar da daxil olmaqla 62 nəfər həlak olmuşdu

Beynəlxalq Koalisiya qüvvələrinin nümayəndələri Deyr əz-Zorda məscidi olan  aviazərbələr barədə açıqlama verib.

Tashaio.com-un məlumatına görə, koalisiyanın spikeri polkovnik Şon Rayan bəyan edib ki, Susa yaşayış məntəqəsində olan məscidin bombalanmasına səbəb İŞİD-in ordan baza kimi istifadə etməsi olub. O, əlavə edib ki, terrorçular  mülki obyektləri özləri üçün istifadə etdiklərindən həmin məntəqələr qanuni hərbi hədəfdir.

Xatırladaq ki, oktyabrın 19-da koalisiya qüvvələri Susa yaşayış məntəqəsində məscidi bombardman etmişdi. Hücum ibadət saatında baş verdiyində 30-dan artıq qurbanın arasında uşaqlar da olub.

Bundan başqa koalisiya qüvvələri yaşayış binalarına da aviazərbələr endirmişdilər. Beləliklə, aviazəbələr nəticəsində, qadınlar, uşaqlar da daxil olmaqla azı 62 nəfər həlak olub.

Suriyanın BMT-dəki nümayəndəsi baş verənlərin araşdırılması və günahkarların cəzalandırılması barədə tələb irəli sürsə də, bu müraciətə baxan olmayıb.

Bombardman nəticəsində uşaqlar da daxil olmaqla 62 nəfər həlak olmuşdu
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-22-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap