Ənsari Dohada Qətər XİN rəhbəri, suriyalı və fələstinli səlahiyyətlilərlə görüşdü
Posted on : Digər sahələr 10/20/2018
Hüseyn Cabiri Ənsari yüksək səlahiyyətli bir heyətlə Qətərin paytaxtı Dohaya getdi.
İran xarici işlər nazirinin müavini Hüseyn Cabiri Ənsari Dohaya etdiyi bir günlük səfərdə Qətər xarici işlər naziri, suriyalı və fələstinli səlahiyyətlilərlə görüşüb.
Tashaio.com xəbər verir ki, Hüseyn Cabiri Ənsari yüksək səlahiyyətli bir heyətlə Qətərin paytaxtı Dohaya getdi.
Cabiri Ənsari Dohada Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Sani ilə ikitərəfli münasibətləri və regiondakı son prosesləri müzakirə edib.
Ənsari Dohada həmçinin HƏMAS-ın siyasi büro üzvü Musa Əbu Mərzukla da görüş keçirib.
İranlı nazir müavini Dohada qaldığı oteldə suriyalı tanınmış müxalifətçilərdən biri ilə də görüşərək Suriyada sülh prosesinin son vəziyyətini müzakirə edib.