Ermənilərdən yeni oğurluq (FOTO)
Posted on : Təhlil 10/16/2017 12:59:37 PM
Dolma, “Sarı gəlin”, balaban, piti kimi özbəöz türk mədəniyyət nümunələrinə iddia edən erməniləri indi də Azərbaycan xalçalarına göz dikiblər.
Ermənilər bu həyasız iddialarını
fevralın 26-da ABŞ-ın Kaliforniya ştatının əsasən ermənilər yaşayan Qlendeyl şəhərində
gerçəkləşdirmək niyyətindədirlər. Həmin gün Morisa Misak-Keleçyana məxsus xalça
nümayiş etdiriləcək və sahibi onun Türkiyədən 1920-ci illərdə köçürülmüş yetim
erməni qızları tərəfindən toxunduğunu bildirir. Həm də o iddia edilir ki, xalça
1925-ci ildə ABŞ prezidenti Kelvin Kulicə hədiyyə verilib. İddiaya görə, xalça
nəsildən nəsilə keçib və 1982-ci ildə Ağ Evin kolleksiyasına qayıdıb.
Əhvalatın özü xeyli şübhəli görünsə
də və daha çox siyasi məqsəd daşıyan uydurmaya bənzəsə də, diqqəti ən çox çəkən
bu deyil. Ermənilər bu xalçanın erməni xalçası olduğuna iddia edirlər. Əslində
isə nəbati naxışlarla bəzədilmiş xalçanın ortasında iri səkiz güşəli ulduz var
ki, bu da onun Təbriz xalçaçılıq məktəbinə aid olduğunu ortaya çıxarır.
