header

 Bərzəx aləminin əzabı Qiyamətə qədər davam edəcəkmi?

Bərzəx aləmi mənəvi aləm olduğu üçün, qeyri-maddidir və orada hərəkət yoxdur. Çünki bərzəx aləmində zaman anlayışı yoxdur. Zaman maddi dünyaya aid olduğu üçün, burada hərəkət vardır.

Bərzəx aləmi mənəvi aləm olduğu üçün, qeyri-maddidir və orada hərəkət yoxdur. Çünki bərzəx aləmində zaman anlayışı yoxdur. Zaman maddi dünyaya aid olduğu üçün, burada hərəkət vardır.

 

Ancaq bərzəx aləmi qeyri-maddi olduğu üçün, orada zaman yoxdur. Bərzəx aləmində olan əzab, həmin şəxsin bərzəx təkamülü üçündür. Bərzəx aləmində insanın dünya ilə əlaqəsi kəsilməz. Belə ki, dünya əhlinin bəzi əməlləri onun əzabını yüngülləşdirə və aradan apara bilər.

 

Misal üçün, Həzrət Peyğəmbər (s) nəql edir ki, Həzrət İsa (ə) bir qəbrin kənarından keçir ki, əzab çəkir. Ancaq bir il keçəndən sonra yenə həmin qəbrin kənarından keçən zaman görür ki, qəbir sahibi əzab çəkmir. Allah Təaladan istəyir ki, bunun səbəbini ona agah etsin.

 

Vəhy gəlir ki, onun saleh övladı vardır ki, bu müddət ərzində həddi-büluğa çatmış və iki saleh əməl yerinə yetirmişdir. Biri budur ki, bir yolu insanlar üçün səliqəyə salmışdır. O biri əməli isə odur ki, bir yetimə məskən vermişdir. “Mən də bu saleh övladın əməllərinə görə atasının əzabını aradan qaldırmışam”.

 

Ona görə də insan hər nə qədər bərzəx aləmində olarsa-olsun, o demək deyildir ki, o müddətin hamısında əzab çəkər. Onun əzabının qarşısını alan əməllər vardır ki, varisləri onu yerinə yetirməklə onu həmin əzabdan xilas edə bilərlər. (İslami saytlara istinadən)

 

Ona görə də Məsumlarımızın (ə) buyurduğu kimi, qəbirdə yatan yaxınlarımızı yaddan çıxartmayaq və saleh əməllərimizə onları da şərik edək. Onlar üçün xeyir duası edib, bağışlanma istəyək.

 

İmam Hüseyn (ə) buyurur: “Ey Adəm övladı! Ölüm anını və qəbirdə olan yerini yada sal. Həmçinin yada sal ki, Allah dərgahında qərar tutacaq, bədən üzvlərin sənin əleyhinə şəhadət verəcəkdir. O gündə addımların titrəyən və büdrəyən olacaqdır”.

Bərzəx aləmi mənəvi aləm olduğu üçün, qeyri-maddidir və orada hərəkət yoxdur. Çünki bərzəx aləmində zaman anlayışı yoxdur. Zaman maddi dünyaya aid olduğu üçün, burada hərəkət vardır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-17-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap