ABŞ-dan İranın 20 şirkət və bankına sanskiya
Posted on : iran 10/17/2018
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib.
Tashaio.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib. Buna ABŞ Maliyyə Nazirliyinin saytındakı məlumatlar dəlalət edir.
İranın 20 şirkət və bank strukturuna qarşı sanksiyalar tətbiq edilib. Həmin şirkət və strukturların “Sepah”ın tərkibindəki “Bəsic”ə maliyyə yardımı etdiyi iddia edilir.
Sanskiyalar siyahısına daxil edilən yeni şirkətlər arasında İranın iri bankı olan “Mellat” da var. Bundan başqa həmin siyahıda “Parsian Bank”, “Sina Bank” və “Bahman Group”, həmçinin “Mehr Eqtesad Bank” da var.
Yeni sanksiyalarla İranın milyardlarla dollarlıq aktivləri məhdudlaşdırılacaq.