header

 Hindistandan müsəlmanlara qarşı addım: Tarixi şəhərin adı dəyişdirildi

Hindistan şəhərin müsəlman adını dəyişib.

Tashaio.com-un “The Guardian”-a istinadən verdiyi xəbərə əsasən, Hindistanda, sözün əsl mənasında, şəhərin müsəlman adından qurtulublar.

Ölkə rəhbərliyinin təşəbbüsü ilə Allahabad adlı tarixi şəhərin adı artıq Prayaqracdır. Yeni ad isə “qurbangah” mənasını verir.

Maraqlıdır ki, Hindistanın paytaxtından 650 km cənub-şərqdə yerləşən bu şəhər 3 hindistanlı baş nazirin vətənidir. Onlar arasında ölkənin ilk baş naziri Cavaharlala Neru da var.

Qeyd etmək lazımdır ki, son aylar millətçi baxışları ilə məşhur Hindistan rəhbərliyi aktiv şəkildə şəhər və yaşayış məntəqələrinin müsəlman adlarını induist adları ilə əvəzləyir.

Xatırladaq ki, daha öncə xəbər verilmişdi ki, Hindistan rəhbərliyi müsəlmanları “ölkəni yeyib-aşıran termitlərə” bənzədib.

Hindistan şəhərin müsəlman adını dəyişib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-17-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap