header

 İranın müdafiə naziri: ABŞ-ın sanksiyaları ilə bağlı narahatlığımız yoxdur

General Xatəmi Amerikanın sanksiyalarına görə qəti narahat olmadıqlarını bildirib.

4-cü Asiya-Sakit Okean Konqresinin bağlanış mərasimi İranın müdafiə naziri general Əmir Xatəmi və digər bəzi yerli və xarici yüksək səviyyəli hərbi səlahiyyətlinin iştirakı ilə təşkil olunub.

Tashaio.com xəbər verir ki, konqresin pərdə arxasında "Farsnews" müxbirinin suallarına cavab verən Əmir Xatəmi Amerikanın sanksiyaları ilə bağlı bir suala verdiyi cavabda, bu sanksiyalardan heç vaxt narahat olmadıqlarını ifadə edib.

General Xatəmi bu sanksiyaların İran Ordusu üçün həqiqətən yaxşı bir fürsət olacağını, uca Allahın inayəti ilə İranın təhlükəsizliyinə ziyan vurmaq istəyənlərə ən böyük iqtidarla qarşılıq verəcəklərini vurğulayıb.

General Xatəmi Amerikanın sanksiyalarına görə qəti narahat olmadıqlarını bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-17-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap