header

 İNFAQ EDƏNİN MÜKAFATI

Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 261-ci ayəsində buyurur:

مَّثَلُ الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُمْ فِي سَبِيلِ اللّهِ كَمَثَلِ حَبَّةٍ أَنبَتَتْ سَبْعَ سَنَابِلَ فِي كُلِّ سُنبُلَةٍ مِّئَةُ حَبَّةٍ وَاللّهُ يُضَاعِفُ لِمَن يَشَاء وَاللّهُ وَاسِعٌ عَلِيمٌ

Öz malını Allah yolunda infaq edənlər yeddi sünbül cücərdən toxuma bənzəyər ki, hər sünbüldə də yüz dən olarAllah onu istədiyi kəs üçün ikiqat  ya neçə qat edərAllah (qüdrət  rəhmətbaxımındangenişdir  biləndir.”

Təbəqələr arası ixtilafların aradan qaldırılması üçün ən yaxşı yol infaq və yardımın tapşırılması, israfın qadağan olunmasıdır. Sələmin ortaya çıxması və genişlənməsi də təbəqələr arası fərqlərin ortaya çıxmasının zəminəsidir. Ona görə də, Quranda infaqın zəruriliyi və sələmin qadağası ilə bağlı ayələr yanaşı gəlmişdir. (“Əl-mizan” 2-ci cild, səh.406.)

Hər toxum hər torpaqda hər biri yüz dənə malik yeddi sünbül vermir. Bundan ötrü toxum sağlam, torpaq münbit, zaman münasib və kamil xidmət olmalıdır. Eləcə də, halal malın infaqı Allaha yaxınlıq məqsədi daşıdıqda və minnətsiz, yaxşı şəkildə verildikdə bütün əsərlərə malik olacaqdır.

BİLDİRŞLƏR

1. İnfaq və Allah yolunda yardımın mükafatı təkcə axirətə aid deyil. İnfaq insanın öz vücudunun təkamül səbəbidir.

2. Quran o insanlar haqqında xoş sözlər deyir ki, infaq etmək onların daimi xisləti olsun. Ayədə infaq etmək felin gələcək zamanı formasında işlədilmişdir və bu da davamı bildirir.

3. İnfaq o zaman dəyərli olur ki, Allah yolunda olsun. İslamda iqtisadiyyat əxlaqdan ayrı deyil.

4. Təbii misallardan istifadə hər zaman aktualdır. Bütün xalq, istənilən yaşda və şəraitdə təbii misalları dərk edir. Malın toxuma, infaqın səmərəsinin buğda sünbülünün səmərəsinə bənzədilməsi bu qəbildəndir.

5. Təşviq və mükafat vədi hərəkət üçün güclü amildir. Söhbət yeddiyüzqat artıq mükafatdan gedir.

6. Allahın lütfünün məhdudiyyəti yoxdur.

7. Əgər malın infaqının yeddiyüzqat artıq səmərəsi varsa, Allah yolunda canını infaq edənlərin mükafatını özünüz təsəvvür edin.

“Bəqərə” surəsinin 262-ci ayəsində infaqın şərtlərindən söz açılır:

الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُمْ فِي سَبِيلِ اللّهِ ثُمَّ لاَ يُتْبِعُونَ مَا أَنفَقُواُ مَنًّا وَلاَ أَذًى لَّهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ

Öz malını Allah yolunda infaq edənsonra infaq etdiyi şeyə görə minnət qoymayan  əziyyətverməyənlərin mükafatı onlar üçün Allahın yanında saxlanılır qorxuları var  qəmginolarlar.”

İnfaq əmrində İslamın məqsədi yalnız fəqirlərin qarnını doyurmaq deyil. Bu gözəl iş ləyaqətli insanların əli ilə və bəyənilmiş şəkildə, müsbət hədəflərlə yerinə yetirilməlidir.

Bəzən insan Allaha doğru addım atıb işə yaxşılıqla başlayır. Amma qürur, minnət, gözləmə və bu kimi xislətlər səbəbindən infaqın dəyəri puça çıxır. Minnət qoymaq infaqı təsirdən salır. Çünki infaqda məqsəd ruhu xəsislikdən paka çıxarmaqdır. Amma ruh minnət səbəbindən bulaşmış olur. Minnət qoyan kəs ya özünü böyütmək, ya da infaq etdiyi şəxsi alçaltmaq fikrindədir. Bu işdə məqsəd xalqın diqqətinin cəlb edilməsi də ola bilər. Bütün hallarda minnət qoyulması ixlasdan uzaqdır. Allah bir bu qədər nemətə görə bizə nə minnət qoyub ki, biz də Onun verdiyindən bir qismini bağışladığımız üçün minnət qoyaq?! “Məcməül-bəyan” təfsirində nəql olunmuş rəvayətdə həzrət Peyğəmbər (s) buyurmuşdur: Allah minnətqoyanlara qiyamətdə lətif nəzər salmaz.”

BİLDİRŞLƏR

1. Yaxşılığa başlamaq kafi deyil. Yaxşı işi başa çatdırmaq şərtdir.

2. İslam məhrumların və fəqirlərin şəxsiyyətini hifz edir. Onların şəxsiyyətinin minnət qoymaqla alçaldılması yaxşı əməli batil edir.

3. İnsanın əməlləri bir-birinə təsir edir. Yəni bir əməl o biri əməli puça çıxara bilər. İnfaq fəqirliyə əlac üçündür. Amma minnət qoyulması infaqı fəqirlər üçün dərdə çevirir.

4. Allah infaq edənlərin gələcəyinə zamindir.

5. Bir şəxs minnət və əziyyətsiz – yalnız Allah razılığı üçün – infaq edərsə, ilahi aramlıqdan bəhrələnər. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, “Bəqərə” surəsi, 261-262-cü ayələrin təfsiri.)

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-16-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap