İranda 14 hərbçi oğurlandı – Hadisə Sistan və Bəlucistan əyalətində baş verib
Posted on : iran 10/16/2018
İranın cənub-şərq hissəsində, Pakistanla sərhədin yaxınlığında 14 İran hərbçisi oğurlanıb.
Tashaio.com “Mehr” agentliyinə istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib.
Belə ki, aralarında İran sərhədçiləri, İnqilab Keşikçiləri Korpusu və ordu qüvvələrinin də olduğu 14 hərbçi oğurlanıb.
İnsident Sistan və Bəlucistan əyalətində baş verib.
Hadisənin təfərrüatları barədə hələlik məlumat verilmir.
Qeyd olunur ki, hərbçilər "Ceyşəl-Ədl" terror qruplaşmasının üzvləri tərəfindən qaçırılıblar.