header

 Netanyahu: Ən əsas hədəfim İrandır!

"İran İsrailin məhvini istəyir.”

Tashaio.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, İsrail rejiminin Baş naziri Binyamin Netanyahu İran aqressiyasına qarşı mübarizəni özünün ən əsas məqsədi adlandırıb və bildirib ki, “elə bu günlərdəcə” İranın Suriyadakı hərbi mövcudluğuna qarşı müharibə gedir.

İsrail rejimi son 2 ildə Suriyadakı İran obyektlərinə 200 dəfə hücum etdiyini etiraf edir və Suriya hava hücumundan müdafiə (HHM) sisteminin Rusiyanın S-300 zenit raket kompleksləri ilə (ZRK) güclənməsinə baxmayaraq, həmin əməliyyatları davam etdirməkdə qətiyyətli olduğunu bildirir.

Ən mühüm məqsəd İran aqressiyasının qarşını almaqdan ibarətdir. İran İsrailin məhvini istəyir.”, - deyə Netanyahu Knessetin qış sessiyasının açılışında qeyd edib.

Bizim İran aqressiyasından baş çıxarmaqdakı qərarlılığımız hərəkətlərimizlə təsdiqlənib. Biz elə bu günlərdəcə İran hərbi rejiminə qarşı Suriyada fəaliyyət göstəririk.”, - deyə o əlavə edib.

Netanyahu ABŞ-ın İrana iqtisadi təzyiq edəcəyinə ümid etdiyini ifadə edib. O bir daha ABŞ prezidenti Donald Trampa nüvə sazişindən çıxdığına və İrana qarşı sanksiyaları bərpa etdiyinə görə təşəkkür edib.

"İran İsrailin məhvini istəyir.”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-16-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap