header

 Həkimə hicabına görə telekanallar efir qadağası qoydu

Terapevt-allerqoloq Gülnar Quliyeva hicablı olduğuna görə telekanalların qapısı üzünə bağlanıb.

Terapevt-allerqoloq Gülnar Quliyeva hicablı olduğuna görə telekanalların qapısı üzünə bağlanıb. Tashaio.com bildirir ki, həkim facebook profilində bu məlumatı paylaşıb:

"Dostlar, mən başıbağlı olduğuma görə heç bir televiziya kanalının sağlıq proqramlarına qatıla bilmirəm.

Bu gün Xəzər Tv, İctimaiTv-dən belə bir xəbər gəldi: "Sizi qəbul edə bilmərik, üzürlü sayın. Milli Teleradio Şirkəti tapşırıb ki, bu sezondan başıbağlılar efirə buraxılmasın.

Özümü təhqir olunmuş, aşağılanmış kimi hiss edirəm. Belə bir ölkədə həkim olmaqdansa yad ölkədə sanitarka işləmək daha gözəldi. Mən çox gözəl bilirəm ki, belə bir qanun yoxdur. Sözüm bu qərarı verənlərədi: Bayram Nurlunu çıxarın efirlərə, gələcək nəsillər ibrət götürsün. 

Postum yanlış anlaşılmasın. Kanala qatılmamaq problem deyil. Bir inanclının haqqı trans, gey, emo, falçının haqqı qədər deyilmi?".

Qeyd edək ki, Azərbaycan qanunvericiliyində hicaba qadağa yoxdur.

Terapevt-allerqoloq Gülnar Quliyeva hicablı olduğuna görə telekanalların qapısı üzünə bağlanıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-16-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap