header

 İraq Türkiyə ilə təhlükəsizlik protokolunu təsdiq etdi

İraqın Nazirlər Kabineti Türkiyə ilə İraq arasındakı təhlükəsizlik əməkdaşlığı protokolunu təsdiq edib.

İraqın Nazirlər Kabineti Türkiyə ilə İraq arasındakı təhlükəsizlik əməkdaşlığı protokolunu təsdiq edib.

 

Tashaio.com Sputnik-ə istinadən xəbər verir ki, yeni hökumət qurulana qədər vəzifəsinə davam edən baş nazir Heydər Əl-Əbadinin ofisindən bildiriblər ki, Nazirlər Kabinetində İraq və Türkiyə Daxili İşlər Nazirlikləri arasında təhlükəsizlik əməkdaşlıq protokolunun təsdiq edildiyi qeyd olunub.

 

Bəyanatda bu əməkdaşlıq protokolunun təfərrüatlarına dair məlumat verilməyib.

 

Digər tərəfdən, Daxili İşlər Nazirliyinin mötəbər mənbələrindən əldə olunan məlumata görə, protokol sərhəd təhlükəsizliyinə dair iki ölkə arasında təhlükəsizlik koordinasiyasını nəzərdə tutur.

 

Mənbə hazırda sərhəd təhlükəsizliyinin İraq Daxili İşlər Nazirliyinə bağlı olaraq sərhədçi qüvvələri tərəfindən qorunduğunu bildirib.

 

Bəyanatda İraqın öz torpaqlarından Türkiyə torpaqlarına qarşı hər hansı bir hücumun baş verməməsi üçün yüksək səviyyəli bir koordinasiyanın üzərində işlədiyi və iki ölkənin suverenliyinə hörmət olunduğu bildirilib.

 

 

Heydər Əl-Əbadi keçən ay Türkiyə ilə sərhəd bölgəsinin təhlükəsizliyi üçün silahlı qüvvələrin yerləşdirilməsi göstərişini vermişdi.

İraqın Nazirlər Kabineti Türkiyə ilə İraq arasındakı təhlükəsizlik əməkdaşlığı protokolunu təsdiq edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-15-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap