Xanım Rüqəyyənin (ə) əzadarlıq məclisləri keçirildi - Azərbaycanda
Posted on :
Aşura
10/15/2018
Ötən gecə Azərbaycanın müxtəlif bölgələrində Həzərt İmam Hüseyn (ə) əziz qızı Həzrət Rüqəyyənin (s) şəhadət gecəsi münasibətilə mərasimlər keçirilib.
Tashaio.com xəbər verir ki, məscid və hüseyniyyələrdə baş tutan əzadarlıq məclislərində xanım Rüqəyyənin (s.ə.) Kərbəla hadisəsi zamanı və Kərbəla hadisəsindən sonra həyatına nəzər salınıb.
Eyni zamanda o xanımın çəkdiyi müsibətlər xatırlanıb.
Xətiblər xanım Rüqəyyənin (s.ə.) əxlaqı, həyatı, onun Kərbəla hadisəsində göstərdiyi səbr və dözümlə bağlı danışıblar.
Eyni zaman xanım Rüqəyyənin (s.ə.) xüsusən hicab məsələsinə göstərdiyi diqqəti önə çəkiblər.
Həmçinin məclislərdə rövzəxanlar və məddahlar xanım Rüqəyyənin (s.ə.) şənində yazılmış rövzə və mərsiyyələr səsləndiriblər.