Yəmənli snayperlər son 11 gündə 269 səudiyyəli əsgər məhv etdi
Posted on : Digər sahələr 10/14/2018
Yəmənin Əl-Məsirə televiziyasının verdiyi xəbərə görə, son 11 gün ərzində Səudiyyə rejiminin qüvvələrinin Yəmən snayperləri tərəfindən ağır zərbə aldığı bildirilib.
Yəmənin Əl-Məsirə televiziyasının verdiyi xəbərə görə, son 11 gün ərzində Səudiyyə rejiminin qüvvələrinin Yəmən snayperləri tərəfindən ağır zərbə aldığı bildirilib.
Tashaio.com xəbər verir ki, Yəmən ordusu və inqilabi xalq komitələrinin snayper dəstələri tərəfindən verilən bəyanatda belə qeyd olunub: “Son 11 gündə müxtəlif bölgələrdə aparılan əməliyyatlar nəticəsində 269 səudiyyəli əsgər zərərsizləşdirilib”.
Bunlara əlavə olaraq, Yəmən ordusunun artilleriya birlikləri də ölkənin qərb sahilində yerləşən Hudeydadakı Səudiyyə rejiminin hərbi mövqelərini vurub. Əldə edilən məlumatlara görə, bu əməliyyatda səudiyyəli bir çox əsgər ölüb və yaralanıb.