header

 AİP Baş Məclisinin növbəti iclası keçirilib - Foto

Baş Məclisin gündəliyində müxtəlif məsələlər səsləndirilib

Azərbaycan İslam Partiyası (AİP) Baş Məclisinin növbəti  toplantısı keçirilib. Baş Məclisin gündəliyində duran müxtəlif məsələlər səsləndirilib. Partiyanın gündəliyində sonuncu Baş Məclisdən keçən müddət ərzində AİP-in siyasi fəaliyyəti, həyata keçirilən tədbirlər, qarşıda duran vəzifələr, ölkədə və beynəlxalq aləmdəki ictimai-siyasi vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar, Hacı Mövsüm Səmədov və digər həbsdə olan siyasi məhbusların problemləri, eləcə də digər məsələlər öz əksini tapıb. Tədbir  öncə  Qurani-Kərimin tilavət olunması ilə açıq elan edilib. Ardınca Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

 

 Baş Məclisi giriş nitqi ilə açan Azərbaycan İslam Partiyasının sədr əvəzi hacı  İlham Əliyev sözünü Allah kəlamı olan Qurandan sitat gətirməklə başlayıb. Baş Məclis Məhərrəm ayına təsadüf etdiyindən, hacı İlham Əliyev çıxışını bu istiqamətdə qurub.  AİP-in sədr əvəzi bildirib ki, İmam Hüseyn (ə) qiyamı tarixin günümüzə qədər qoruyub saxladığı ən böyük ibrət məktəbidir. Bu məktəb, islah və azad  olmaq istəyən, zülmətdən nicat tapmağa çalışan insanlara daim yol göstərən çıraq olub.  Bu hadisəni araşdıran hər bir kəs öz dünya və axirəti üçün mühüm faydalar əldə edə bilir. Hətta bu qiyamın dünya miqyaslı əhəmiyyətə malik olduğunu deyə bilərik.

 

 

 Hacı İlham Əliyev əlavə edib ki, imam Hüseyn (ə) qiyamının təhlili insana dərin bəsirət və saflıq bəxş edir: “Allah rəsulunun (s) vəfatından çox az müddət keçməsinə baxmayarq o Həzrətin (s) ailəsinin və övladlarının başına gətirilənlər insanı düşündürməyə bilmir. Bəs ümmətin öz peyğəmbərinin (s) vəfatından 50 il sonra bu cinayətə əl atmasına səbəb nədir? Ümmət niyə bu qədər tənəzzülə düçar oldu?” . AİP-in sədr əvəzi çıxışını davam etdirərək ümmətin bu cür vəfasızlığının və susqunluğunun sirrinə İmam Hüseyn (ə)-ın  öz kəlamı ilə  gözəl şəkildə aydınlıq gətirir. İmam (ə) insanların bu vəfasızlığına işarə edərək buyurur: “İnsanlar dünyanın quludur. Din dillərinin ucundadır. Din dünyalarını təmin etdiyi müddətdə onlar dindədirlər. Eləki imtahan yetişdi, dindarlar azalırlar”

 

Hacı İlham Əliyev  qeyd edib ki, İmam Hüseyn (ə) insanların vəfasızlığının, süstlüyünün əsl səbəbini dünyaya bağlılıqla əlaqələndirib: “ Din insanların dünya məişətini təmin etdiyi müddətdə onlar dinə bağı qalırlar. Qarşıya hər hansı bir imtahan və çətinlik çıxdıqda dini deyil, öz məişət və dünyalarını qorumağa çalışırlar. Kərbəla hadisəsi bunun bariz nümunəsidir. İbadət əhli, hətta əksəriyyəti Quran hafizi olan Kufə əhalisi belə öz dünyalarını, məişətlərini qorumaq üçün dinlərindən, imanlarından vaz keçdilər. İmamın da (ə) buyurduğu kimi onlar Allahın deyil öz nəfslərinin, dünyalarının bəndəsi idilər”.

 

 Çıxışını davam etdirən AİP-in sədr əvəzi bildirib ki, dünya bağlılığ özünü gizli şirk formasında da göstərir: “ Bəzən etiyi ibadətlər, gördüyü xeyirli işlər insanın daxili bütünə çevrilir. Savab niyyəti ilə gördüyü işin arxasında belə insanın öz mənfəəti durur. Bu halın  özü də bir növ dünyaya bağlılıqdır. Halbuki insan bütün işlərini sırf Allahın rızası üçün etməlidir. Yalnız bu halda insan dünyaya qul olmaqdan yaxa qurtarar və Allaha həqiqi bəndə olar”.

 

 Müsəlmanların öz imamlarına qarşı olan vəfasızlığının əsil səbəbi İmam Hüseynin (ə) də buyurduğu kimi, daxili şirkləri və dünyaya qul olmaları idi: “Kərbəla hadisəsi öncə insanda dünyaya düzgün baxışı formalaşdırır. İnsanı dünyaya hədəf kimi deyil, vasitə kimi baxmağı öyrədir. Dünya və onun mənfəəti insanın ali hədəflərinə, kamalına yetişməsi üçün bir vasitə olmalıdır. İnsan məhz bu halda dinin və öz yaradılışının hədəf və mahiyyətini düzgün anlaya bilər”.

 

 Daha sonra çıxış üçün söz AİP funksioneri Akif Heydərliyə verilib. O, bildirib ki, İslam partiyası İslam ailəsi deməkdir: “ Hər birimiz siyasi şəxsiyyətik. Siyasi şəxsiyyət məşğuliyyətindən, iradəsindən , ictimai vəziyyətindən asılı olmayaraq siyasi yük daşıyır. Bu siyasi yük, siyasi məsuliyyət qədər çətindir. AİP istər ölkədə, istərsə də, beynəlxalq aləmdə baş verən hadisələrə münasibət bildirir və bütün məsələlərə İslami mövqedən yanaşır.                                                                            

                                                                                                                                                                                                                                                                                                 

 

AİP funksioneri çıxışına davam edərək ölkədə, xüsusən də bir müddət öncə Gəncədə baş verən hadisələrə münasibət bildirib. O, qeyd edib ki,  AİP bu hadisələrə öz münasibətininümayiş etdirib: “İslam partiyası hər cür hərcmərciliyə, özbaşınalığa qarşıdır. Təəssüflər olsun ki, bəzən insanların dözümsüzlüyü baş verən hadisələrlə deyil, onu yaradan səbəblərlə birbaşa bağlı olur. Cəmiyyəti narahat edən və onların əksinə işləyən qanunlar, sonradan fərdlərin müdaxiləsi ilə nəticələnir. Ona görə də, baş verən hadisələrin səbəbləri araşdırılmalıdır ki, sonradan Gəncə olayları təkrarlanmasın”.

 

 Akif Heydərli AİP lideri hacı Mövsüm Səmədovun qanunsuz həbsinə də toxunub və onun günahsız yerə cəza aldığını bir daha diqqətə çatdırıb. Daha sonra  25 ildən artıqdır davam edən Dağlıq Qarabağ münaqişəsinə toxunan AİP funksioneri, bəzi güc mərkəzlərinin bu məsələni alovlandırmaqda maraqlı olduqlarını dilə gətirib. İstər Rusiya, istər ABŞ, istərsə də, Qərbin ölkəmizin təbii sərvətlərinə göz dikdiklərinə, “qara qızılın” və digər təbii  ehtiyyatların talandığına diqqət çəkən Akif Heydərli, bu faktorlara görə Dağlıq Qarabağ münaqişəsinin həll edilmədiyini dilə gətirib.  Dünyada, xüsusən Yaxın Şərqdə və müsəlman ölkələrində baş verən hadisələrə toxunan Akif Heydərli, İslam aləmində şeytana xidmətin sona qədər getməyəcəyinə əminliyini ifadə edib.  

 

 Baş Məclisdə çıxış edən digər iştirakçılar və komitə sədrləri görülən işlərdən, gələcək planlardan danışaraq,  irad və təkliflərini səsləndiriblər.

 

Sonda əzadarlıq mərasimi keçirilib.

Baş Məclisin gündəliyində müxtəlif məsələlər səsləndirilib
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-13-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap