header

 Kimyəvi silah istehsalında istifadə edilən maddələr İŞİD-in əlinə keçdi

İŞİD terrorçuları Nusra Cəbhəsinin terrorçularına hücum edərək kimyəvi silah istehsalında istifadə edilən maddələri oğurlayıb.

İŞİD terrorçuları Nusra Cəbhəsinin terrorçularına hücum edərək kimyəvi silah istehsalında istifadə edilən maddələri oğurlayıb.

 

 

Tashaio.com Sputnik-ə istinadən xəbər verir ki, Rusiyanın Suriyada Atəşkəs Monitorinq Mərkəzinin rəhbəri general-polkovnik Vladimir Savçenko, Qərb ölkələrinin nümayəndələrinin məsuliyyətsizliyi səbəbindən kimyəvi silahların istehsalında istifadə edilən zəhərli maddələrin İŞİD-in əlinə keçdiyini söyləyib.

 

Savçenko oktyabrın 10-u keçirdiyi mətbuat brifinqində belə danışıb: “9 oktyabr axşam vaxtı Əl-Latamna yaşayış məskəni yaxınlığında İŞİD-in tərəfdarı olan dəstələrdən biri Heyət Təhrir Əş-Şam terror təşkilatının qərargahına hücum edib. Qarşıdurmada 4 yaraqlı və Ağ Dəbilqələrin iki üzvü öldürülüb. Qərargahdan xlor tərkibli iki çən çıxarılıb. Oğurlanan çənlər Hələb bölgəsinin cənubuna aparılıb və İŞİD ilə əlaqəli Harras Əd-Din terror qruplaşmasına təhvil verilib.

 

Qərb ölkələri nəzarətləri altında dəstələri istifadə edərək, Suriya ordusuna qarşı təxribat planlaşdıranda İdlib münaqişəsiz bölgəsindəki çətin vəziyyəti nəzərə almır. Bu məsuliyyətsiz hərəkətlər nəticəsində zəhərli maddələr, nə edəcəkləri bilinməyən İŞİD terrorçularının əlinə keçmişdir”.

İŞİD terrorçuları Nusra Cəbhəsinin terrorçularına hücum edərək kimyəvi silah istehsalında istifadə edilən maddələri oğurlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-11-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap