header

 Ayətullah Xameneyi İrandakı iqtisadi problemlər və həlli yollarından danışdı

Allahın lütfü, xalqın, məsul şəxslərin iradəsi, gənclərin, elitanın potensialı və ölkəmizin geniş imkanlarından istifadə edərək problemləri aşacağıq

İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin  görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib. 
 
Tashaio.com “leader.ir” saytına istinadən xəbər verir ki, ötən gecə  2 saat yarım müddət ərzində baş tutan görüşdə  Ali Rəhbər  ölkədə iqtisadi problemlərin  həlli istiqamətində atılmış adıları  təqdirə layiq hesab edib və bildirib ki, koordinasiya şurasının əsas vəzifəsi  iqtisadi sahədə həll edici və dolğun qərarlar qəbul etməkdir. 
 
“Ölkədə mövcud olan iqtisadi problemlərin həlli və xalqın ümumi ehtiyaclarının təmini üçün  cihadçı iş görmək və fövqəladə vəziyyətdə çalışmaq lazımdır. Ona görə ki,  bu problemlər xüsusi ilə  bahalaşma və alıcılıq qabiliyyətinin azalması  xalqın böyük kütləsinin xüsusi ilə  yoxsul təbəqənin  dolanışığını  çətinləşdirib”. 
 
Ayətullah Xamenei  İqtisadi Kordinasiya Ali Şurasının üzvlərinə  ölkədəki iqtisadi probemlərin həlli üçün  qətiyyətli qərar qəbul etməyi və çıxış yolları tapmağı tövsiyə edib.  “Ölkədə əsas iqtisadi problemlərin o cümlədən bank sistemindəki problemlər, likvidlik,  inflyasiya, işsizlik kimi problemlərin həlli üçün ciddi qərarlar verilməli və icra olunmalıdır”. 
 
Ali Rəhbər iqtisadi problemlərin həlli üçün  özəl sektorun və iqtisadçıların  fikirləri və təqdim etdiyi çıxış yollarından bəhrənlənməyi tövsiyə edib.“Ölkənin hazırkı şəraitində  elita və iqtisadi aktivslər daha çox can yandırmalı və  öz elmi və təcrübələrindən isitfadə edərək problemlərin həlli üçün məsul şəxslərə yardım etməlidirlər. Bu imkanı qədir bilmək lazımdır və universitetlər və iqtisadçıların  təkliflərindən tam formada istifadə edin.”
 
Ayətullah Xamenei ölkədəki  iqtisadi problemləri iki hissəyə bölüb. “Problemlərin bir qismi ölkənin  iqtisadi strukturu və ölkə daxili problemlərdir.  Digər qismi isə  ABŞ-ın zalimcəsinə olan sanksiyalarından qaynaqlanır. Bu iki qismin hər birinə qarşı  ağılllı çıxış yolları tapın ki, xalqın yaşayışının təmini üçün daamlı  çıxış yolu olsun və düşmənləri sanksiyaların təsirindən naümid etsin.  
 
Ayətullah Xamenei bütün  məsul şəxsləri  və qurumları  birlikdə işləməyi tövsiyə edib və bildirb ki,  ölkədə dalana dirərən və həlli mümkinsiz olan heç bir problem yoxdur.  Biz Allahın lütfü, xalqın, məsul şəxslərin iradəsi, gənclərin, elitanın potensialı və ölkəmizin geniş imkanlarından istifadə edərək  problemləri aşacağıq.
Allahın lütfü, xalqın, məsul şəxslərin iradəsi, gənclərin, elitanın potensialı və ölkəmizin geniş imkanlarından istifadə edərək problemləri aşacağıq
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-11-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap