header

 Ərbəin zəvvarlarının nəzərinə: yalnız Şələmçədən keçmək olar

İran – İraq sərhədini keçərək getmək istəyən bütün əcnəbi vətəndaşlar...

Dünyanın ən böyük toplantısı - ƏRBƏİN yürüşündə iştirak etmək üçün İran – İraq sərhədini keçərək getmək istəyən bütün əcnəbi vətəndaşlar yalnız Şələmçə keçid məntəqəsindən İraqa səfər edə bilər. 
 
Tashaio.com xəbər verir ki, bu barədə xəbərdarlığı İranın Ərbəin ziyarətinin təşkili üzrə mərkəzi qərargah yayımlayıb. 
 
İranın İraqla sərhəddə 4 sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir.   Bunlar İlam əyalətində Mehran, Xuzestan əyalətində Şələmçə və Çəzabə və Kirmanşah əyalətində Xosrəvi sərhəd – keçid mətəqələridir.  
 
Qərargah bildirir ki, sərhədlərdə sıxlığın qarşısını almaq məqsədilə ölkə ərazisində müxtəlif əyalətlərin sakinləri yaşadıqları coğrafi mövqeyə görə özlərinə yaxın sərhəd-keçid məntəqələrindən gediş-gəliş edə biləcəklər.
 
Xatırladaq ki,  Ərbəin ziyarəti yaxınlaşdıqca İran-İraq sərhədində də izdiham gedərək artır. Bundan öncə Ərbəin ziyarətinə gedən zəvvarlar Mehran, Şələmçə və Çəzabə sərhəd buraxılış məntəqələrindən gediş-gəliş edə bilirdi.
 
Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 30 oktybar tarixinə təsadüf edir.
İran – İraq sərhədini keçərək getmək istəyən bütün əcnəbi vətəndaşlar...
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-10-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap