Mosul əhalisi ilk dəfə olaraq piyada Ərbəin yürüşünə başladı
Posted on : Aşura 10/10/2018
Mosul şəhərinin Əhli-Beyt (ə) sevərləri ilk dəfə olaraq Ərbəin səfəri üçün hərəkətə başladılar. Şəhərdə böyük sevinc və hərəkətlilik hiss olunur.
“Tashaio.com” – Qeyd edək ki, Mosul və ətraf şəhərlər İŞİD-in üç illik işğalından sonra, 2017-ci ildə Həşd-Şabi qüvvələri və İraq ordusu tərəfindən azad edilib. İŞİD bu 3 il ərzində Mosul və ətraf şəhərləri demək olar ki, tam dağıtmış, mülki əhali öz yurdlarından qaçqın vəzyyət düşmüdü.
İraq mətbuatının verdiyi məlumatlara əsasən İraqın Mosul şəhərinin sakinləri şəhərin İŞİD-dən azad olmasından sonra ilk dəfə olaraq Ərbəin yürüşündə iştirak etmək üçün, bu gün səhər piyada hərəkətə başlayıblar.