header

 Səudiyyənin qərarı 8 min insanın həyatına son qoya bilər

Səudiyyə Ərəbistanının mülki infrastrukturunu məhv etdiyi Yəməndə səhiyyə xidmətlərindən istifadə edə bilməyən 8 min dializ xəstəsi ölüm təhlükəsi ilə üzləşib.

Səudiyyə Ərəbistanının mülki infrastrukturunu məhv etdiyi Yəməndə səhiyyə xidmətlərindən istifadə edə bilməyən 8 min dializ xəstəsi ölüm təhlükəsi ilə üzləşib. Tashaio.com "Press Tv"yə istinadən bildirir ki, bu barədə Yəmənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Səudiyyə rejimi blokadanı davam etdirdiyi üçün xroniki böyrək xəstəliyi olan və həftədə üç dəfə dializə getməsi lazım olan xəstələr səhiyyə xidmətlərindən yararlana bilmir.

Nazirlik ölkənin səhiyyə sisteminin dağılmaması üçün əlindən gələni etdiyini, ancaq dializ xəstələri üçün lazımi müalicəni apara bilmədiyini açıqlayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və müttəfiq ölkələr 2015-ci ilin martından Yəmənə qarşı blokada tətbiq edir.

Səudiyyə Ərəbistanının mülki infrastrukturunu məhv etdiyi Yəməndə səhiyyə xidmətlərindən istifadə edə bilməyən 8 min dializ xəstəsi ölüm təhlükəsi ilə üzləşib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-10-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap