header

 Mursinin kiçik oğlu həbs olundu

Misirin sabiq prezident Məhəmməd Mursinin oğlu hüquq mühafizə əməkdaşları tərəfindən saxlanılıb.

Misirin sabiq prezident Məhəmməd Mursinin oğlu hüquq mühafizə əməkdaşları tərəfindən saxlanılıb. Tashaio.com-un verdiyi məlumata görə, bu barədə Anadolu Agency Mursinin böyük oğlu Əhmədə istinadla xəbər verib.

Onun sözlərinə görə, hüquqmühafizə orqanının əməkdaşları sübh vaxtı Qahirənin qərbində olan Şeyx Zahid bölgəsindəki evlərinə hücum çəkərək kiçik qardaşı Abdullahı həbs ediblər.

Qardaşının hara apardıqlarını bilmədiyini deyən Əhməd Mursi bir xəbər alacağı təqdirdə KİV-də paylaşacağını vurğulayıb.

Misir rəsmiləri hələ ki, bu xəbərə şərh verməyiblər.

Abdullah Mursi 2014-cü ildə də narkotik vasitələr saxlama ittihamı ilə saxlanılaraq 1 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, ittihamları rədd etmişdi.

Abdullah Mursi ötən il avqust ayında həbsxanada atası ilə görüşdükdən sonra mediada çıxış etmiş, atasının öz fikrini dəyişmədiyini bildirmişdi.

Muhəmməd Mursinin 4 oğlu və 1 qızı var.

Misirin sabiq prezident Məhəmməd Mursinin oğlu hüquq mühafizə əməkdaşları tərəfindən saxlanılıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-10-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap