header

 QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “ŞURA“ SURƏSİ

“ŞURA” SURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ

“Şurа“ surəsi 53 ayədən ibarətdir və (təfisr alimləri arasında fikirayrılığına səbəb olan bir neçə ayə istisna olmaqla) Məkkədə nazil olmuşdur.

Surәnin 38-ci аyәsindә müsəlmanların məsləhət-məşvərətə dəvət olunnmasından söz açıldığı üçün, surә “Şurа“ аdlаndırılmışdır. Bu surə Məkkədə nazil olmuş surələrin möhtəvasını daşımaq, tövhid, məad, Quran və nübüvvətlə bağlı məsələləri ehtiva etməklə bərabər, digər müxtəlif mövzulara da toxunur ki, xülasə olaraq onu neçə hissəyə bölə bilərik:

1. Surənin əsas hissəsini təşkil edən birinci hissədə vəhy və Allah-Taalanın peyğəmbərlərlə sirli vəhy vasitəsilə rabitəsindən danışılır və bu məsələ, demək olar ki, surəyə hakimdir; surənin başlanğıcı, ortası və sonu bu mövzunu əhatə edir. Bununla yanaşı, Quran və İslam Peyğəmbərinin (s) nübüvvəti ilə bağlı bir sıra bəhslər və risalət məqamının həzrət Nuhun (ə) zamanından başlanıldığı irəli sürülür.

2. İkinci hissədə tövhid məsələsinə dair mənalı işarələr və vəhy bəhsinin təkmili ilə əlaqədar varlıq aləmindəki ilahi nişanələrə toxunulur.

3. Üçüncü hissədə məaddan, qiyamətdə kafirlərin taleyindən söz açılır və bu hissə digər hissələrə nisbətən azlıq təşkil edir.

4. Dördüncü hissədə əxlaqi məsələlər incə şəkildə bəyan olunur; gah sabitqədəmlik, dözümlülük, qəzəbi boğma, tövbə, əfv və güzəşt kimi səciyyəvi xüsusiyyətlər lətif təbirlərlə diqqətə çatdırılır, gah da ilahi nemətlərə qərq olan insanın dikbaşlıq və inadkarlıq etməsi, dünyaya vurğunluğu, çətinliklər zamanı tabsızlıq göstərməsi kimi rəzil sifətləri canlı təbirlərlə məzəmmət olunur. (“Təfsiri-nümunə“, 20-ci cild, səh.342-344.)

Bu son hissədə dünya malının faniliyindən, Allah yanında olanların, yəni axirət mükafatlarının isə daha yaxşı, daha baqi olmasından söz açılır və bu mükafatların imаn gәtirib öz Rәbblәrinә tәvәkkül еdәnlәrə, böyük günаhlаrdаn vә rәzil işlәrdәn çәkinәnlərə, qәzәblәndiklәri zаmаn bаğışlаyаnlаra, Rәbbinin dәvәtini qәbul еdәnlərə, nаmаz qılаnlara, işlәri öz аrаlаrındа mәslәhәt-mәşvәrәtlә görәnlərə, Аllаhın vеrdiyi ruzidәn pаylаyаnlara, mәzlumа kömәk üçün sәfәrbәr оlаnlara məxsus olduğu bildirilir... Bu haqda söz açan ayәlərdәn bеlә mәlum оlur ki, bәzi ruzilәr dünyаdа hаmıyа vеrilir. Bu ruzilәr dünyа fаni оlаndа fәnа оlur. Bәzi ruzilәr isә, yаlnız möminlәrә аiddir vә оnlаrа ахirәtdә çаtır. Әn dаvаmlı vә üstün ruzi dә hәmin bu ruzilәrdir. (“Surələr gülüstanı”, Ustad Məhəmmədhüseyn Cəfəri, səh.134-135.)

Bir sözlə, “Şurа“ surəsi haqq yolunun yolçuları üçün kamil bir məcmuə, şəfabəxş bir dərmandır.

“ŞURA” SURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ

1. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

مَنْ قَرَأَ سُورَةَ حم عسق كَانَ مِمَّنْ تُصَلِّي عَلَيْهِ اَلْمَلاَئِكَةُ وَ يَسْتَغْفِرُونَ لَهُ وَ يَسْتَرْحِمُونَ.

““Ha-mim, əyn, sin, qaf” (Şura) surəsini oxuyan şəxsə mələklər salam göndərər, onun üçün istiğfar və rəhmət (onun günahlarının bağışlanmasını) diləyərlər. (“Məcməül-bəyan“,“Şura“ surəsinin başlanğıcı.)

2. İmam Sadiq (ə) buyurmuşdur: Hər kim Şura surəsini tilavət etsə, qiyamət günü günəş tək parlaq və nurani surətdə məhşərə daxil olacaq və Allahın hüzuruna gələrkən, Allah ona deyər: Mənim bəndəmHa-mim, əyn, sin, qaf (Şura) surəsinin mükafatından xəbərsiz olduğun halda, onu davamlı şəkildə tilavət etdin, əgər onun mükafatını bilsəydin, onu tilavət etməkdən əsla yorulmazdın, amma mən bu gün sənin mükafatını verəcəyəm. Sonra onun behiştə getməsini və xüsusi behişt nemətlərinə qərq olmasını əmr buyurar. (“Nurus-səqəleyn”, 4-cü cild, səh.55.)

“ŞURA” SURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-09-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap