İran parlamenti CFT qanun layihəsini təsdiq edib
Posted on : iran 10/08/2018
Sözügedən qanun layihəsi 120 əleyhinə və 5 bitərəf səsə qarşı 143 lehinə səslə qəbul edilib.
İran İslami Şura Məclisi bu gün baş assambleyanın iclasında İranın terrorizmin maliyyələşdirilməsi ilə mübarizə konvensiyasına qoşulmasını nəzərdə tutan qanun layihəsini təsdiq edib.
Tashaio.com xəbər verir ki, sözügedən qanun layihəsi 120 əleyhinə və 5 bitərəf səsə qarşı 143 lehinə səslə qəbul edilib.
İran İslam Respublikasının terrorun maliyyələşdirilməsi ilə mübarizə konvensiyası CFT-yə qoşulmasını nəzərdə tutan qanun layihəsi maliyyə aktı xüsusi qrupu FATF-nin dördlü layihələrindən biri sayılır.
Müxalif deputatlar CFT-nin qəbulunu nüvə sazişinin təsdiq edilməsinə bənzədərək, İranın FATF-ə qoşulmasının ölkənin kommersiya sirlərinin ifşa olmasına yol açacağını müdafiə edir.