header

 Allahın əzəmətli adı hərf və söz halında deyil

Bəziləri belə düşünür ki, Allahın əzəmətli adı (ismi-əzəm) hərf və sözlərdən ibarətdir. Hər kim onu əldə edərsə, başqalarının edə bilmədiyi fövqəladə işləri görə bilər. Ancaq bu cür düşünən insanlar yanlış yoldadırlar.

Belə ki, Əllamə Təbatəbai bu haqda buyurur: “Allahın əzəmətli adı ki, hər şeyə hakim ola bilir – hərf və söz halında ola bilməz”.

Ayətullah Cavadi Amuli buyurur: “Allahın əzəmətli adını hərflər və sözlər arasında axtarmaq – hasili olmayan əziyyət və faydası olmayan səydir”.

Ona görə də deyə bilərik ki, Allahın əzəmətli adı söz və ya hərfdənibarət deyildir, əslində elə mənəvi məqamdır ki, ancaq kamil insanlar onu əldə edə bilərlər. Necə ki, çıraq sözü qaranlıqları aydınlandırmır, Allahın əzəmətli adını söz şəklində axtarmaq da səmərəsizdir.

Bələm Bauri bu məqamı əldə etmişdi. O, duaları qəbul olan insanlardan idi. Çünki Allahın əzəmətli adını bilirdi. Lakin nəfsinə məğlub olduğu üçün Allah bu neməti ondan alır və bir daha duaları qəbul olmur. (Həvzəh)

Ona görə də hər kim mənəvi məqamının yüksəlməsinə diqqət edərsə və qəlbi nurani olarsa, ancaq o zaman bu adı əldə edə bilər.

Bəziləri belə düşünür ki, Allahın əzəmətli adı (ismi-əzəm) hərf və sözlərdən ibarətdir. Hər kim onu əldə edərsə, başqalarının edə bilmədiyi fövqəladə işləri görə bilər. Ancaq bu cür düşünən insanlar yanlış yoldadırlar.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-07-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
Tashaio.com
SiteMap