header

 Səudiyyəyə yaxın iraqlı siyasətçi: İran ABŞ-a İraqda qələbə qazandı...

Səudiyyəyə yaxın iraqlı siyasətçi İraqın "Umma" partiyasının lideri Mital Al-Alusi açıqlama ilə çıxış edib

Tashaio.com İraq mediasına istinadən xəbər verir ki, İraqın "Umma" partiyasının lideri Mital Al-Alusi açıqlamasında bildirib ki, İran, İraqda özünə yaxın şəxsləri yüksək postlara təyin olunmasına nail olmaqla ABŞ-a bu ölkədə qalib gəlməkdədir.

Alusinin fikirlərinə görə, kürd siyasətçi  "Kürdüstanın Vətənsevərlər Birliyi" üzvü Bərham Salihin İraq prezidenti olması - Tehranın Vaşinqton üzərində növbəti qələbəsidir.
"İran İraq hökümətində iki mühüm institutu ələ keçirib; Məhəmməd əl-Xalbusini parlamentin spikeri təyin etmək və Bərham Salihin prezident olması ilə, bu çox təhlükəli əlamətdir.", - deyən Alusi, İranın İraqın daxili işlərinə qarışmasının bundan sonra şiə bloklar vasitəsilə daha çoxalacağını bildirib.

Alusi daha sonra deyib: "İran və Qasim Süleymani hazırda  Bağdaddakı "Yaşıl Zona"da daxil olmaqla(Yaşıl Zona səfirliklərin olduğu ərazidir), İraqın hava, su və torpaqlarına nəzarət edir."

Qeyd edək ki, Bərham Əhməd Salih "Liverpul" Universitetinin Kompüter Mühəndisliyi bölümündən məzun olub. Səddam dönəmində mübarizədə olub və rejim iki dəfə onu həbsə atıb. Bəəs rejimi tərəfindən işkəncələrə məruz qalan Salih İraqın dövlət telekanalı olan "Əl-İraqiyyə"də özünü Cəlal Tələbaninin tələbəsi olaraq gördüyünü bildirmişdi.

Səudiyyəyə yaxın iraqlı siyasətçi İraqın "Umma" partiyasının lideri Mital Al-Alusi açıqlama ilə çıxış edib
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-07-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap