header

 ABŞ İrana qarşı neft sanksiyasından geri addım atır

ABŞ diplomatlarından biri Vaşinqton rəhbərliyinin İran neftinə tətbiq etmək istədiyi sanksiyalar məsələsində bəzi sərbəstlikləri araşdırdığını açıqlayıb.

ABŞ diplomatlarından biri Vaşinqton rəhbərliyinin İran neftinə tətbiq etmək istədiyi sanksiyalar məsələsində bəzi sərbəstlikləri araşdırdığını açıqlayıb.

 Tashaio.com xəbər verir ki, adının açıqlanmasını istəməyən amerikalı diplomat oktyabrın 5-i Reuters-ə verdiyi açıqlamasında, ABŞ-da bu barədə ciddi müzakirələrin aparıldığını, müzakirələrin İrandan xam neft idxal edən ölkələrə bəzi sərbəstliklərin tanınması ilə bağlı olduğunu bildirib.

 

Reuter xəbərində bu məsələnin təfərrüatlarına toxunmasa da, Hindistanın ABŞ-ın sanksiyalarına baxmayaraq, noyabr ayından sonra da İrandan xam neft idxalına davam edəcəyini yazıb. Reuters-ə bu barədə açıqlama verən mənbələr Hindistan dünyanın neft idxal edən üçüncü böyük ölkəsi olduğunu və ABŞ sanksiyalarından sonra da İrandan neft idxalına davam edəcəyini bildiriblər.

 

Xəbərdə Hindistan neftayırma zavodlarının noyabr ayına İrandan 9 milyon barel xam neft idxalı üçün sifariş verdikləri qeyd olunub.

ABŞ diplomatlarından biri Vaşinqton rəhbərliyinin İran neftinə tətbiq etmək istədiyi sanksiyalar məsələsində bəzi sərbəstlikləri araşdırdığını açıqlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-06-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap