header

 Yəməndə minlərlə insan 3 gündür etiraz aksiyası keçirir - Səudiyyə rejim əleyihinə

Minlərlə yəmənli artıq 3 gündür ki, Səudiyyə Ərəbistan rejiminin bu ölkəyə təcavüzü və ölkədə yaratdığı iqtisadi böhran əleyhinə etiraz aksiyası keçirir.

Minlərlə yəmənli  artıq 3 gündür ki, Səudiyyə Ərəbistan rejiminin  bu ölkəyə təcavüzü və ölkədə yaratdığı iqtisadi böhran əleyhinə etiraz aksiyası keçirir. 

Tashaio.com  “Əl-Minar”a istinadla xəbər verir ki,  etirazçılar Taiz əyalətinin küçələrində  Səudiyyə rejim əleyhinə şüarlar səsləndirib. 
 
Etirazçılar Yəməndə yaranmış iqtisadi problemlərin əsas səbəbkarının Səudiyyə rejimi və BƏƏ olduğunu vurğulayıb.
 
Onlar bildirir ki, Səudiyyənin başçılıq etdiyi koalisiya qüvvələri  ölkədə  infrastrukturu dağıtması  iqtisadi problemləri daha da artırıb. 
 
Yəməndə bir çox mağaza sahibi də tətil elan edib.  
 
Qeyd edək ki, Yəmən pulu dəyərini itirib və qiymətlər həddən artıq artıb.  Bu Yəməndə iqtisadi böhrana səbəb olub. 
 
Xatırladaq ki, Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində rəsmi məlumatlara görə, 10 mindən çox uşaq və qadın həyatını itirib, 55 min nəfər yaralanıb, 8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir. 
 
Ölkəyə humanitar yardımın əngəllənməsi səbəbindən Yəməndə kütləvi xəstəliklər hökm sürür.
Minlərlə yəmənli artıq 3 gündür ki, Səudiyyə Ərəbistan rejiminin bu ölkəyə təcavüzü və ölkədə yaratdığı iqtisadi böhran əleyhinə etiraz aksiyası keçirir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-06-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap