header

 “Nə qədər ki, sağam buna icazə verməyəcəm” – Ayətullah Xamenei

Bu gün gənclərimiz ölkənin bütün problemlərinin həlli üçün fikir sahibidir və bu problemlərin həllini özlərinə vəzifə bilirlər.

Bu gün gənclərimiz ölkənin bütün problemlərinin həlli üçün fikir sahibidir və bu problemlərin həllini özlərinə vəzifə bilirlər. 
 
Tashaio.com “MEHR” xəbər saytına istinadla xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Xamenei bu gün Tehranın Azadi stadionunda on minlərlə könüllü qarşısında etdiyi çıxışında deyib. 
 
Ayətullah Xamenei deyib ki,  bu gün gənclərimiz  on minlərlə yerdə cihad edir və fəaliyyət göstərir. “Onlar ölkəmizin gələcəyi üçün  böyük sərmayədirlər. Ölənin  yoxsul təbəqəsi yaşayan bölgələrdə yüz minlərlə önəmli iş var ki, bu gün bu cihadçı gənclər onu həyata keçirir.  Gənclərin  rolu  bizə  daha yaxşı gələcəyi müjdələyir.”
 
Ali Rəhbər bildirib ki, bəziləri  gənclərin  ölkənin indi və gələcəyindəki roluna diqqət etmir və onları ölkə üçün problem görürlər. Lakin mən tam əksini düşünürəm və gənclərin  problemlərin həlli üçün çıxış yolu görürəm. “Önəmli olan budur ki, gənclər  düşünməsinlər ki,  qarşımızdakı yol  maneəsiz və asfalt olunmuş bir yoldur.  Bu yol enişli-yoxuşlu və maneələrlə doludur. Düşmən  qarşımızda tam aktivdir və biz bu maneələrə baxmayaraq yolumuzu davam etdirməliyik. Birinci addım  budur ki, düşmənin olduğunu və iştirakını hiss edək.  Bu düşmənçiliyi hiss etməyən riyakar və münafiq ziyalı dövlət və xalq üçün ABŞ qarşısında baş əymək resseptini  təqdim edir. O bu meydanın əri deyil.  İnsan düşməninin qarşısında olduğunu bilməsə əlinə hansı silahı alacağını da bilməz. 
 
İkinci addım  özünə güvən və meydana çıxmaq üçün iradədir. Bəziləri məyus və tənbəldir. Başqalarını da məyus və tənbəl olmağa tövsiyyə edirlər.  Bu şəxslər cihad meydanında da mücahidləri yolundan azdırır və yardım etmirlər heç, onların yolunu davam etdirməsinə də mane olurlar.  
 
Üçüncü addım hücum edilən sahənin  tanınmasıdır.  Bilməliyik ki,  düşmən hansı sahədə hücum edir.  Dövlət və xalq  düşmənlə müharibə sahəsini düzgün dərk etməlidir."  
 
Ayətullah Xamenei qeyd edib ki, ABŞ İslam və İslam İnqilabından  şillə zərbəsi alıb və ürəyində kin saxlayır.  “Bir vaxtlar ölkənin sərmayələri onların istəyi ilə yerbəyer olurdu.  Ölkənin siyasətləri  onların istəyi ilə proqramlaşdırılırdı. İslam İnqilabı onların əlini ölkədən kəsdi. ABŞ İslamın və İslam İnqilabının gücündən  qorxur.  İnqilabın  istiqlal,  elmi inkişaf,  inqilabi düşüncə,  müdafiə və raket gücü kimi vasitələrinə qarşıdır. Bu gün müharibə meydanı İslam İranın güclənməsinə səbəb olacaq hər bir şeydir.  Son vaxtlar eşitmişəm ki, ABŞ prezidenti  Avropa ölkə rəhbərlərinə deyib ki,  2-3 ay səbr edin  İslam Respublikasının sonu olacaq.  40 il öncə ABŞ-ın ölkə daxilindəki nökərlərinin sözlərini xatırladım.  Onlarda bir vaxtlar deyirdi  6 ay gözlə, 1 il gözlə  İslam Respublikası məhv olacaq. Lakin 40 il keçib və İnqilab ağacı güclü və möhkəm olub.”
 
Ayətullah Xamenei deyib ki, ölkədə iqtisadi problem var,  neftdən asılıyıq, qənaət mədəniyyəti yoxdur, bunlar eybdir, lakin  həqiqi eyb bu deyil, həqiqi eyb  dalana dirənməkdir, Allaha şükürlər olsun ki, biz dalana dirənməmişik.  “Həqiqi eyb budur ki, ölkə gənci  inansın ki,  düşmənə pənah gətirməkdən başqa çıxış yolu  yoxdur.  Bəziləri çalışır bunu bizim gənclərimizə aşılasın. Düşmən istəyir İran xalqını inandırsın ki, ABŞ qarşısında diz çökməkdən başqa çıxış yolu yoxdur.  Ölkə daxilində bəziləri düşmənin sevdiyi və istədiyi bu düşüncəni yaymaq istəyirlər.  Bu xəyanətdir. Bu ölkəyə və xalqa edilən ən böyük  xəyanətdir.  Mən Allahın yardımı və sizin dəstəyinizlə  nə qədər ki, sağam buna icazə verməyəcəm.”
 
Ayətullah Xamenei qeyd edib ki, iqtisadi sanksiya  bizim milli iqtisadiyyatımız qarşısında məğlub ola bilər.  "Allahın yardımı ilə sanksiyaları uğursuz edəcəyik ki, bu da  ABŞ-ın  uğursuzluğudur. Sanksiyaların uğursuzluğu ilə  ABŞ bir daha  İran xalqından şillə zərbəsi alacaq.  Düşmən bizim vəhdətimizi, ciddi iradəmizi və gücümüzü hiss edərsə geri oturacaq. Lakin əgər  zəiflik və ixtilaf görərsə, təzyiqlərini daha da artıracaq."
 
Ayətullah Xamenei deyib ki, bu gün düşmən  KİV-lərdən  ictimai fikirə təsir göstərmək üçün istifadə edir.  “KİV önəmli bir vasitədir və düşmənin əlində olarsa təhlükəli bir vasitə olur.  KİV-i hərbi müharibədə kimyəvi silaha oxşadırlar.  Müharibədə kimyəvi silah istifadə olunan zaman  tank və texnologiya  məhv olmur,  insanlar məhv olur və vasitələrdən istifadə imkanını itirir. Kütləvi İnformasiya vasitələridə belədir. Bu gün televiziya,  internet, sosial şəbəkələrdən ictimai rəyi dəyişmək üçün istifadə edirlər.  Bu sahədə məsul olan şəxslər buna diqqət etməldiir.  Biz müxtəlif görüşlərdə təkidlə vurğulamışıq ki, bu vasitələrdən düşmənin xalqa qarşı kimyəvi silah kimi istifadəsinə imkan verilməsin.Öz vəzifələrini ciddi şəkildə yerinə yetirsinlər.”
Bu gün gənclərimiz ölkənin bütün problemlərinin həlli üçün fikir sahibidir və bu problemlərin həllini özlərinə vəzifə bilirlər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-04-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap