ABŞ İranla 1955-ci ildə bağlanmış dostluq müqaviləsini ləğv etdi
Posted on : iran 10/04/2018
ABŞ-ın dövlət katibi Mayk Pompeo Vaşinqtonun Tehranla 1955-ci ildə imzaladığı Dostluq, İqtisadi Münasibətlər və Konsulluq Hüququ sazişini ləğv etdiyini açıqlayıb.
ABŞ-ın dövlət katibi Mayk Pompeo Vaşinqtonun Tehranla 1955-ci ildə imzaladığı Dostluq, İqtisadi Münasibətlər və Konsulluq Hüququ sazişini ləğv etdiyini açıqlayıb.
Tashaio.com Reuters-ə istinadən xəbər verir ki, açıqlama Tramp rəhbərliyinin nüvə müqaviləsindən çıxıb sanksiyaları qüvvəyə mindirməsilə bağlı Tehranın etdiyi müraciət haqqında Haaqa Məhkəməsinin qərarından sonra verilib.
İranın ABŞ-la bağlı şikayətinə iki ölkə arasında 1955-ci ildə imzalanan dostluq müqaviləsi çərçivəsində baxmağa səlahiyyətinin olduğunu bildirən Haaqa Məhkəməsi, Vaşinqtonun dərman, qida, humanitar və aviasiya sektorunda tətbiq etdiyi sanksiyaların ləğv edilməsi barədə qərar verib.