header

 ABŞ sanksiyaları Rusiya, İran, Çin və Avropanı daha da yaxınlaşdıra bilər

"Artıq yeni alyansın qoxusu gəlməyə başlayır"

Tashaio.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, bugünlərdə Avropa İttifaqı və İranın ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün “xüsusi mexanizm” hazırladığı bəlli oldu.

Bu qərar Aİ xarici siyasət şöbəsinin başçısı Federika Mogerini ilə İran xarici işlər naziri Muhəmməd Cavad Zərifin görüşündə qəbul edilib.

Mogerini bildirmişdi ki, sözügedən mexanizm “sanksiyalara baxmayaraq İranla olan ticarət səviyyəsini saxlamaq üçün” İranla maliyyə əməliyyatlarının həyata keçirilməsinə yardımçı olacaq, həmçinin Avropa şirkətlərinə Aİ qanunları çərçivəsində İranla ticarət etməyə imkan verəcək.

“Asia Times”-ın yazıçısı Pepe Eskobar yazır ki, bu, rəsmi Vaşinqtonin təzyiq aləti kimi istifadə etdiyi dolların rolu üçün təhlükəlidir və nəticə olaraq da Aİ ilə Çin və Rusiyanı yaxınlaşdıra bilər.

Xüsusilə də, ekspertin fikrincə, artıq Rusiya, Çin və Aİ-nin iştirak edəcəyi yeni alyansın “qoxusu” gəlməyə başlayır. Bu isə, öz növbəsində, avro, yuan və rublun etibarlı rezerv valyuta olmasına səbəb ola bilər

"Artıq yeni alyansın qoxusu gəlməyə başlayır"
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-02-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap