header

 İmam Hüseyn (ə) ziyarətinin 40 bərəkəti

İmam Hüseyni (ə) ziyarət etməyin fəzilətinə aid hədislərimiz çoxdur və bu hədislərdən belə nəticə çıxartmaq olar ki, İmam Hüseyn (ə) zəvvarı həm dünya və həm də axirət səadətinə çatacaqdır.

İmam Hüseyni (ə) ziyarət etməyin fəzilətinə aid hədislərimiz çoxdur və bu hədislərdən belə nəticə çıxartmaq olar ki, İmam Hüseyn (ə) zəvvarı həm dünya və həm də axirət səadətinə çatacaqdır. 

Hədislərimiz bizə Aşura qiyamının əhəmiyyətindən, Əba Abdullahın (ə) əzəmətli şəxsiyyət olmasından bəhs etmişdir. Eyni zamanda İmamı (ə) ziyarət edənlərin hansı fəzilətlərə malik olduqlarına aid çox sayda hədisimiz vardır. Onları bir yerə yığıb belə nəticəyə gəlmək olur ki, İmamı (ə) ziyarət edən insana 40-dan çox maddi və mənəvi fayda çatar.

Onlarla tanış olaq.

1. Ruzini artırar.
2. Ömrü uzadar.
3. Bəlaları dəf edər.
4. Keçmiş və gələcək günahları bağışlayar.
5. 50 nəfərə şəfaət verə bilər.
6. Qəbrin kənarındakı hacəti yerinə yetər.
7. Mələklər zəvvar üçün dua edərlər.
8. Adını Əlayi-əliyyində yazarlar.
9. Evdən xaric olan zaman günahlarından xaric olar.
10. Min qəbul olmuş həccin savabı vardır.
11. Mələklər qayıdana qədər malını və canını qoruyarlar.
12. Qiyamət günü Allah onun ən yaxşı hafizidir.
13. İlk addımda bağışlanar və sonrakı addımlarda təqdis olunar.
14. Hər dirhəminə görə dünya və axirətdə on min dirhəm əvəz verilər.
15. Qiyamət günü hamı arzu edər ki, İmam Hüseynin (ə) zəvvarı olaydı.
16. İmam Hüseyn (ə) zəvvarı Qiyamət günü nur süfrəsində olar.
17. İmam Hüseyn (ə) zəvvarı Allahın Peyğəmbərinin (s), İmam Əlinin (ə), Həzrət Zəhranın (s.ə) yaxınlığında olar.
18. İmam Hüseyn (ə) zəvvarı başqalarından 40 il əvvəl behiştə daxil olar.
19. Allah zəvvarın dünya istəklərini yerinə yetirər.
20. İmam Hüseyn (ə) zəvvarı şəhid ölər.
21. İki ay etikafın və Məscidul-haramda oruc tutmağın savabı vardır.
22. Hər ay İmam Hüseyni (ə) ziyarət etməkdə min şəhidin savabı vardır.
23. Yalın ayaqla atdığı hər addımda zəvvar min həsənə əldə edər, min günahı bağışlanar, min dərəcə qalxar.
24. Yalın ayaqla atdığı hər addımda İsmayil (ə) övladlarından bir qulun azad edilməsi savabı olar.
25. Həzrətin (ə) yanında hər bir gün olmaq min aya bərabərdir.
26. Atdığı hər addımda bir həccin savabı və atdığı hər addımda bir ümrənin savabı olar. Bir şərtlə ki, riya, insanların eşitməsi və yersiz yerə olmasın.
27. İmam Hüseyni (ə) ziyarət etmək Bədr şəhidlərindən min şəhidin savabına malikdir.
28. İmam Hüseyni (ə) ziyarət etmək qəbul olmuş min sədəqənin savabına malikdir.
29. Zəvvara min orucun savabı verilər.
30. Min qul azad etməyin savabı vardır.
31. İmam Hüseyn (ə) zəvvarı əgər yaramaz insandırsa, səadətli insan kimi yazılar.
32. Allah yolunda min atı yüyənləməyin savabına malikdir.
33. İmam Hüseyn (ə) ziyarəti – Allah ziyarətidir.
34. Mursəl Peyğəmbər (s) və ya adil İmamla (ə) birlikdə min döyüşdə olmağın savabı vardır.
35. İmam Hüseyn (ə) ziyarətinin savabını saymaq olmaz.
36. Ərəfə günündə Həzrəti (ə) ziyarət etmək bir milyon həccin və bir milyon ümrənin savabına malik olar.
37. İmam Hüseyni (ə) ziyarət etmək ən yaxşı əməldir.
38. Allah İmam Hüseyn (ə) zəvvarı ilə fəxr edir.
39. Peyğəmbər (s) və İmamlar (ə) onun üçün dua edər.
40. Qiyamət günü Peyğəmbər (s) və mələklər zəvvarın əlini çıxar və İmam Hüseynlə (ə) məşhur olar.

İmam Hüseyni (ə) ziyarət etməyin fəzilətinə aid hədislərimiz çoxdur və bu hədislərdən belə nəticə çıxartmaq olar ki, İmam Hüseyn (ə) zəvvarı həm dünya və həm də axirət səadətinə çatacaqdır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-01-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap