header

 Fələstinə sükut çöküb, ümumxalq tətilinə start verilib (FOTO)

Fələstinin işğal altında olan torpaqlarında ümumxalq tətilinə start verilib.

Fələstinin işğal altında olan torpaqlarında ümumxalq tətilinə start verilib.
 
Tashaio.com "Felestin.info"-a istinadla xəbər verir ki, İsrail rejiminin milli dövlət qanununa etiraz olaraq işğal altında yaşayan fələstinlilər kütləvi tətilə başlayıblar. 
 
şğal altında olan İordan çayının qərb sahili və 1948-ci ildə işğal edilmiş digər Fələstin bölgələrində əhali dükan və obyektləri bağlayıb, hökumət və maliyyə qurumları fəaliyyətini dondurub, biznes mərkəzləri, məktəblər və universitetlər tətilə çıxıb. İctimai və fərdi nəqliyyat sahibləri də ümumxalq tətilinə qoşulublar.
 
1948-ci ildə işğal edilmiş bölgələrdə fəaliyyət göstərən Ərəb Ali Komitəsi, həmçinin işğal altında olan bölgələrdəki bütün Fələstin fraksiyaları İsrailin milli dövlət qanuna etiraz olaraq kütləvi aksiyaya dəstək olublar.
 
Hazırda tətillə əlaqədar bütün Fələstinin ictimai həyatında sükut və səssizlik hökm sürür.
 
Bildirək ki, işğalçı İsrail parlamenti (Knesset) bu il iyulun 19-da yerli və beynəlxalq etirazlara baxmayaraq irqçiliyə əsaslanan milli dövlət barədə qanunu qəbul edib. Qanuna əsasən İsrail "yəhudi dövləti" elan edilib və bununla da, fələstinlilərin bu torpaqlarda tarixi mövcudluqları və haqları rədd edilib.
 
 
 
 
 
Fələstinin işğal altında olan torpaqlarında ümumxalq tətilinə start verilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-01-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap