header

 MƏSX OLUNMUŞLAR

Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 65-ci ayəsində buyurur:

وَلَقَدْ عَلِمْتُمُ الَّذِينَ اعْتَدَواْ مِنكُمْ فِي السَّبْتِ فَقُلْنَا لَهُمْ كُونُواْ قِرَدَةً خَاسِئِينَ

Şübhəsiz kisiz özünüzdən olanların şənbə günü itaətsizlik etdiyindənxəbərdarsınızBiz onlara dedik: “Rədd olunmuş meymunlar şəklinə düşün.”

Tövratın hökmlərindən biri şənbə gününün tətil olmasının vacibliyi idi. Tamahkarlıq Bəni-İsraildən bir qrupunu yoldan çıxartdı. Onlar hiylə işlədərək şənbə günü işləməyə başladılar. Allah isə hiyləgər fərdləri meymun şəklinə saldı ki, başqaları üçün də ibrət olsun. Bu macəra “Əraf” surəsində də qeyd olunmuşdur. (“Əraf” surəsi, 163-166-cı ayələr.)

Surətin dəyişməsi ilahi qəhr və əzabların gerçəkləşməsinin bir nümunəsidir. Məsihilərin də bir dəstəsi göydən süfrə (“maidə”) nazil olduqdan sonra küfr etdilər. Onlar da meymun və donuz şəklinə salındılar. “Maidə” surəsinin 60-cı ayəsində buyurulur: «De: «Sizə Allah yanında cəzaları daha pis olan kəslərdən xəbər verimmi? Onlar (sizin keçənlərinizdən) Allahın lənət etdiyi, qəzəbləndiyi, bəzisini meymunlar və donuzlar surətinə saldığı və Tağuta pərəstiş etmiş kəslərdir. Onlardır yerləri daha pis olan və düz yoldan daha çox azanlar!»

Ayədə qeyd olunan “səbt” sözü işi dayandırmaq mənasındadır. “Nəbə” surəsinin doqquzuncu ayəsində bu söz yuxu ilə bağlı zikr olunmuşdur. Ona görə də yəhudilərin tətil günü sayılan şənbə günü “yəvmus-səbt” adlandırılmışdır.

Ayədəki “xasiin” sözü rədd etmək mənasındadır. Bu söz əvvəllər iti qovmaq mənasında işlədilərdi. Amma sonradan ümumi şəkildə istifadə olunmağa başladı. “Xasiin” sözü qrammatik baxımdan aqil kişilərə aiddir. Bu sözün işlədilməsində məqsəd bu ola bilər ki, ilahi əzab səbəbindən meymuna çevrilənlərin insani ağlı və ruhu yerində idi. Çünki belə bir halda əzab daha da ağır olur. Məraği kimi bəzi təfsirçilər öz təfsirlərində meymuna çevrilməyi təşbeh hesab etmişlər. Onların nəzərincə, burada itaətsizlik göstərənlər sadəcə meymuna bənzədilmişdir. Öz nəzərlərinə dəlil olaraq “Uzunqulaq kimi”, “dördayaqlılar kimi” Quran təbirlərini misal göstərirlər. Guya həmin insanlar zahirən yox, mənən məsx olunmuş, meymuna çevrilmişlər. Amma “Ətyəbul-bəyan” təfsirində həzrət Peyğəmbərdən (s) belə bir rəvayət nəql olunmuşdur: “Allah küfr etdiklərinə görə tarixdə yeddi yüz ümmətin çöhrəsini dəyişmiş və onları on üç növ heyvana çevirmişdir.” (“Biharul-ənvar”, 14-cü cilf, səh.787.)

Rəvayətdə bildirildiyi kimi, məsx məsələsi qiyamətdə insanların ruhuna uyğun olaraq daha da genişləndiriləcəkdir. Qiyamətdə insanlar on dəstədə məhşur olacaqlar:

1. Şayiə düzəldənlər meymun sifətində;

2. Haram yeyənlər donuz sifətində;

3. Sələmçilər başıaşağı vəziyyətdə;

4. Haqsız hakimlər kor vəziyyətdə;

5. Təkəbbürlülər kar və lal vəziyyətdə;

6. Əməlsiz alim dilini çeynəyən halda;

7. Qonşunu incidən kəs əl-ayağı kəsilmiş vəziyyətdə;

8. Xəbərçi oddan şaxələrə asılmış halda;

9. Əyyaşlar leş tək üfunətli halda;

10. Zülmkarlar oddan paltar geyinmiş vəziyyətdə. (“Məcməül-bəyan”, “Nurus-səqəleyn”, “Safi” təfsirləri.)

BİLDİRİŞLƏR

1.Tarixdən ibrət götürün.

2. Allahın hökmünü “nəsx” edən (dəyişən) özünü məsx etmişdir. Dinin çöhrəsinin təhrifi və dəyişdirilməsi insaniyyət çöhrəsinin dəyişməsi ilə müşayiət olunur.

3. İstirahət və ibadət rəsmi proqramın tərkib hissəsi olmalıdır. Tətil, əyləncə, ibadət zamanı işə məşğul olan təcavüzkardır.

4. Allahın yolundan çıxan şəxs başqalarına təqlid edən meymunsifət olacaq.

5. Təbiət aləmində bir mövcud başqasına çevrilə bilir.

6. Heyvanlar Allahın mərhəmətindən məhrum deyillər. Amma insanın heyvan olması ilahi qəhr və qəzəb nişanəsidir. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Bəqərə” surəsi, 65-ci ayənin təfsiri.)

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-01-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap