header

 Bədəvi ərəblər də İŞİD-ə qarşı müharibə edəcək

Misir Daxili İşlər Nazirliyi İŞİD terror təşkilatı ilə mübarizəyə bədəvi tayfalarını da cəlb etmək niyyətindədir.

Tashaio.com-un “Associated Press”-ə istinadən verdiyi xəbərə əsasən, Misir Daxili İşlər Nazirliyi İŞİD terror təşkilatı ilə mübarizəyə bədəvi tayfalarını da cəlb etmək niyyətindədir.

Bildirilir ki, Sinay yarımadasında yaşayan köçəri tayfalara zərurət olan zamanlarda terrorçulara müqavimət göstərə bilmələri üçün bütün lazımi silahlar veriləcək.

Biz bunu etməliyik ki, insanlar, onları qətlə yetirən terrorçuların qarşısında özlərini təhlükəsizlikdə hiss etsinlər.”, - deyə Sinay yarımadasında yaşayan tayfalardan birinin nümayəndəsi deyib.

Xatırladaq ki, cari ilin fevral ayında Misir prezidenti Əbdül Fəttah əs-Sisi Sinay yarımadasında İŞİD terror təşkilatına qarşı genişmiqyaslı xüsusi əməliyyatın başladıldığını elan edib.

Terrorçular həmin andan indiyədək azı 100 bədəvini qətlə yetiriblər.

Misir Daxili İşlər Nazirliyi İŞİD terror təşkilatı ilə mübarizəyə bədəvi tayfalarını da cəlb etmək niyyətindədir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-01-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap