header

 HƏBİB İBN MƏZAHİR – AŞURA KARVANININ YAŞLI QƏHRƏMANI

Həbib ibn Məzahir 75 yaşında ikən Aşura hərəkatında iştirakı və vilayət xəttini müdafiə edərək şəhadətə yetməsi ilə mənəvi həyatının çiçəkli səhnələrinə imza atdı.

Həbib ibn Məzahir 75 yaşında ikən Aşura hərəkatında iştirakı və vilayət xəttini müdafiə edərək şəhadətə yetməsi ilə mənəvi həyatının çiçəkli səhnələrinə imza atdı.

Adı Həbib ibn Məzahir, Bəni-Əsəd qəbiləsindən və Peyğəmbərin (s) səhabələrindəndir. Peyğəmbərin (s) “besət”indən (peyğəmbərliyə seçilməsindən) bir il öncə dünyaya göz açmışdır. Uşaqlıq çağları Peyğəmbərin (s) Məkkədə camaatı tövhid və allahpərəstliyə dəvət etdiyi dönəmlərə təsadüf etmişdir. Elə gənc ikən Peyğəmbəri (s) yaxından görmək feyzinə çatmış, dini maarif və İslam təlimlərinin zülal çeşməsi ilə tanış olmuşdur. O, altı məsumun – həzrət Peyğəmbərin (s), imam Əlinin (ə), imam Həsənin (ə), imam Hüseynin (ə), imam Səccadın (ə) və imam Baqirin (ə) (dörd yaşında – Kərbəlada) görüşünə nail olmuşdur.

Nəql olunur ki, bir gün İslam Peyğəmbəri (s) bir dəstə səhabəsi ilə birgə bir-biri ilə oynayan bir neçə uşağın kənarından keçərkən, birdən dayanır və uşaqlardan birinin yanına gedib, əlini onun başına çəkir və alnından öpür. Səhabələr Peyğəmbərdən (s) bunun səbəbini soruşduqda, Həzrət buyurur: “Bir gün bu uşağın Hüseynimlə oynadığını və Hüseynin ayaqları altından torpaq götürüb üz-gözünə çəkdiyini gördüm. Mən onu sevirəm, çünki o da mənim övladımı sevir. Cəbrail xəbər verib ki, o, Kərbəla vaqiəsində Hüseynimin dostlarından olacaqdır.” (“Müntəxəbüt-təvarix”, səh.278.)

Yazırlar ki, Peyğəmbərin nəvaziş etdiyi həmin uşaq Həbib ibn Məzahir olmuşdur.

Həbib İbn Məzahirin elmi: İslam Peyğəmbəri (s) vəfat etdikdən sonra, Həbib ibn Məzahir imam Əli (ə) ilə beyət etdi və vilayət xəttində qərar tutdu. Çünki dəfələrlə İslam Peyğəmbərindən (s) eşitmişdi ki: “Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır. Elm istəyən kəs o qapıdan daxil olmalıdır.” Odur ki, Həbib imam Əlinin (ə) hüzurundan bəhrələnməyi qənimət bildi və o həzrətin vəfalı dostları və xüsusi şagirdlərinin sırasına qoşuldu.

Həbib Kufədə şücaətli bir insan kimi tanındığı halda, həm də gözəl əxlaq, təqva, səxavət və sədaqət sahibi idi. Onun fiqh, təfsir, qiraət, hədis, ədəbiyyat, münazirə və digər sahələrdəki bilikləri hər zaman başqalarını heyran qoyurdu. İmam Əli (ə) şəhadətə yetəndə, Həbibin təqribən əlli dörd yaşı var idi. O, həm də gələcəkdə baş verəcək hadisələr haqda öncədən xəbər verə bilirdi. (“Əmaliye-müntəxəbə”, səh.49.)

Həbib ibn Məzahirin şücaəti: Həbib ibn Məzahir imam Əlinin (ə) bütün döyüşlərində fəal iştirak etmişdi. O zaman imam Əlinin (ə) dostları sırasında Kufənin şücaətli və güclü insanlarından sayılırdı. (“Əbsarul-eyn fi ənsaril-Huseyn (ə))”, Məhəmməd ibn Tahir Səmavi, səh.56.)

Aşura günü də tam şücaətlə Ömər Sədin ordusunun önündə dayandı və onlara öyüd-nəsihət etdi ki, bəlkə də yatmış vicdanları oyansın, nəfsi istəklərə əsir olmaqdan qurtulsunlar.

Həbib ibn Məzahir Aşura hərəkatının başlağıcından şəhadətə qədər: İmam Həsənin (ə) şəhadətindən sonra Kufə şiələri imam Hüseynə (ə) məktub yazıb, o həzrəti Müaviyəyə qarşı qiyama dəvət etdilər. İlk məktub Kufənin dörd böyük şəxsiyyətinin vasitəsilə yazıldı, Abdullah ibn Müsmə Həmdani və Abdullah ibn Valın vasitəsilə Məkkəyə, imam Hüseynə (ə) çatdırıldı. Həmin məktubu tənzimləyən və imzalayan dörd nəfərdən biri də Həbib ibn Məzahir idi. (“Əl-irşad”, Şeyx Müfid, 2-ci cild, səh.34-35.)

O, Müslüm ibn Övsəcə ilə birgə Kufədə camaatın imam Hüseynin (ə) səfiri Müslim ibn Əqilə beyət etməsi üçün gizli fəaliyyətə başladı və bu yolda əlindən gələni əsirgmədi. Kufənin yeni hakimi İbn Ziyad şəhərə gəldiyi zaman vəziyyət olduqca çətinləşdi. Vəziyyət çtinləşdikdən sonra camaat Müslim ibn Əqilin ətrafından dağılmağa başladı. Bu vaxt Həbib ibn Məzahirlə Müslüm ibn Övsəcənin də tayfası onları İbn Ziyadın qəzəbindən qorumaq üçün gizlədi. Çünki İbn Ziyad bu hərəkatın fəallarını axtarıb tapır, ya zindana salır, ya da edam etdirirdi.

Həbib ibn Məzahir və Müslüm ibn Övsəcə imam Hüseynin (ə) karvanının Kufəyə yaxınlaşdığını eşitdikdə, qərara gəldilər ki, özlərini nə yolla olursa olsun o həzrətə çatdırsınlar. Onlar gecələri yol gedir, gündüzləri isə dincəlirdilər ki, İbn Ziyadın məmurlarına əsir düşməsinlər. Nəhayət, Məhərrəm ayının 7-ci günü Kərbəlada imam Hüseynin (ə) karvanına qoşuldular. (“Əyanuş-şiə”, 4-cü cild, səh.554.)

Həbib ibn Məzahir Kərbəlaya çatcaq, əməl meydanında sədaqət və vəfadarlığını öz İmamına (ə) göstərdi. Belə ki, İmamın (ə) dostlarını az, düşməni isə çox gördükdə, İmama (ə) dedi: “Bu yaxınlıqda Bəni-Əsəd adlı bir qəbilə yaşayır. Əgər icazə versəniz, onların yanına gedib, onları sizə yardım etmək üçün dəvət edim. Bəlkə, Allah onları hidayət etdi!” İmam Hüseyn (ə) ona icazə verdikdən sonra, o, sürətlə özünü həmin qəbiləyə yetirdi, onlara öyüd-nəsihət edib, yenidən imam Hüseynin (ə) yanına qayıtdı. (“Əbsarul-eyn fi ənsaril-Huseyn (ə)”, səh.57.)

Bəni-Əsəd tayfası imam Hüseynə (ə) qoşulub yardım etməyə hazır olduğunu elan etsə də, Ömər Sədin onların arasındakı casusu hər şeyi alt-üst etdi və Ömər Səd beş yüz süvari ilə onların hərəkətinin qarşısını aldı. Bəni-Əsəd qəbiləsi Aşura günü imam Hüseynə (ə) yardım edə bilməsə də, faciədən sonra qanlı Kərbəla meydanına gəlib cənazələri torpağa tapşırdı.

Həbib ibn Məzahirin şəhadəti: Onun şəhadət üçün ürəyi döyünürdü. Aşura gecəsi öz Məbudu ilə münacat, raz-niyaz edir, Aşura gününün çatacağını səbirsizliklə gözləyirdi ki, canını öz mövlasının rikabında fəda etsin! Nəhayət, fədakarlıq növbəsi ona çatdıqda, gənc ruhiyyəli o yaşlı mübariz döyüş meydanına yola düşdü. Həbib düşmənlə döyüşərkən belə bir rəcəz oxuyurdu:

اَنا حَبیبُ وَ اَبی مظاهر                                                                فارِسُ هَیجا و حَرْبُ تُسَعِّر

اَنتُم اَعَدُّ عُدَّةٍ وَ اَکثَر                                                                      وَ نَحنُ اَوفی مِنکُم وَ اَصْبَر

وَ نَحنُ اَعلی حُجَّةٍ وَ اَظْهَر                                                            حَقّاً وَ اَتقی مِنکُم وَ اَعذَر

“Mən Həbibəm, Məzahirin oğlu! Döyüş odu qalandıqda, meydanın qəhrəmanıyam. Sizin sayınız çox olsa da, sizdən vəfalı və səbirli, dəlil-sübutumuz möhkəm, haqqımız aşkardır, sizdən təqvalı və möhkəmik!”

Həbib yaşlı olsa da, qəhrəmancasına döyüşdü və yetmiş beş yaşında ikən şəhadətə yetməklə Allahın rizvanını qazandı. (“Müntəhəl-amal”, Şeyx Abbas Qummi, səh.430.)

Həbib ibn Məzahir 75 yaşında ikən Aşura hərəkatında iştirakı və vilayət xəttini müdafiə edərək şəhadətə yetməsi ilə mənəvi həyatının çiçəkli səhnələrinə imza atdı.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-29-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap