header

 HÜSEYN (Ə) MƏKTƏBİNİN ƏBƏDİLİK RƏMZİ

Tarixdə baş vermiş bir çox müharibələr, cinayətlər, qətllər və kütləvi qırğınların Aşura faciəsi ilə müqayisədə daha da faciəli, daha da geniş olması danılmaz bir həqiqətdir.

Tarixdə baş vermiş bir çox müharibələr, cinayətlər, qətllər və kütləvi qırğınların Aşura faciəsi ilə müqayisədə daha da faciəli, daha da geniş olması danılmaz bir həqiqətdir. Həmin müharibələrdə qətlə yetirilən və öz qanlarına boyananların sayı da Kərbəla şəhidlərindən qat-qat çox olmuşdur. Monqolların qətl və cinayətlərini buna misal göstərə bilərik. Əhli-sünnə alimi İbn Əbilhədid Mötəzili çingizçilər və monqol-tatarların dəhşətli cinayətləri haqda yazır: “Mən monqolların dövranında yaşamış və onların cinayətlərinin şahidi olmuşam. Onların Fələstin və Qüdsdə törətdiyi cinayətlər barəsində yazılanlar həqiqətin çox az bir hissəsini təşkil edir.”

Tarix boyu amansız cinayətlərin çoxluğuna baxmayaraq, onların hamısı tarixin səhifələrində dəfn olunmuş, qətlə yetirilmişlərin məzlumluğu da adlarını əbədiləşdirməmişdir. Tarixdə nə çox məzlumlar və zülmə məruz qalanlar yaddaşlardan silinmş, adları belə tarixin səhifələrindən pozulmuşdur. Bəli, hakimiyyət, ərazi genişliyi və fəthlər naminə qiyam edən, qeyri-ilahi hədəfləri izləyən şəxslər tarixin zibilliklərində basdırılmışdır.

Tarixdə üzük qaşı tək işıldayan yeganə vaqiə və cihad səmasının yeganə parlaq günəşi həmin Aşura vaqiəsidir. Çünki şəhidlər sərvəri imam Hüseyn (ə) Allahın dinini yaşatmaq, diriltmək və dirçəltmək üçün qiyam etmişdir. Allahın dini “həyyun la yəmut olduğundan“ – heç zaman ölməyəcəyi, həmişə yaşayacağı və diri qalacağından, dini yaşadan və diri qoruyub-saxlayan şəxs də “həyyun la yəmut“dur, yəni heç zaman ölməyəcək, həmişə yaşayacaq, adı və xatirəsi aləmin cəridəsindən əsla silinməyəcəkdir.

Kərbəla vaqiəsindən – imam Hüseyn (ə) və səhabələrinin şəhadətindən sonra Əməvilər İslamın məhv olduğu və süquta uğradığını, yer üzündən adı və nişanəsinin silindiyini düşündülər. Yezid bu xam xəyala məst ikən dinin nabudluq təbilini çalaraq belə dedi:

لعبت هاشم بالملک فلا                                  خبر جاء و لا وحي نزل

Haşimilər xilafətlə oynadılar,

Nə bir xəbər, nə də bir vəhy almadılar.

Yəni din və hakimiyyət Haşimilərin oyunu idi. İndi isə həmin oyundan, həmin əfsanədən əsər-əlamət qalmayıb; onlara nə bir xəbər gəlib, nə də bir vəhy nazil olub.

Lakin imam Səccad (ə) və xanım Zeynəb (ə) qiymətli və şücaətli kəlamları və çıxışları ilə Yezidin burnunu yerə sürtdü, Əməvilərin xəyallarını puça çıxartdı. Beləcə, din əbədi həyatına qayıtdı.

Xanım Zeynəb (ə) Şam sarayında Yezidə xitabən buyurdu:

فَكِدْ كَيْدَكَ وَ اسْعَ سَعْيَكَ وَ نَاصِبْ جُهْدَكَ - فَوَ اللَّهِ لَا تَمْحُو ذِكْرَنَا وَ لَا تُمِيتُ وَحْيَنَا

 qədər hiylə  kələk bilirsənsə işlət, lakin and olsun Allaha, bizim adımızıxatirələrdən heç vaxt silə  nurlu vəhy işığımızı heç vaxt söndürəbilməyəcəksən...

Bu sözlər o zaman bəyan olundu ki, Əməvilər qüdrətin zirvəsində idilər. O zaman Orta Asiyanın böyük ərazisi, Avropa ölkələrinin bir qismi Əməvi hakimiyyətinin tabeçiliyində idi və hamı Yezidə vergi ödəyirdi. İran və Rum adlı iki hegemon qüdrət süquta uğramış, müsəlmanların ixtiyarına keçmişdi. Dünyaya mütləq hakim qüdrət Əməvilər sülaləsi idi...

Amma Hüseyn adı hələ də yaşayır! Hüseyn adı illər və əsrlər sonra, hələ də dünyanın şöhrəsidir!

Nəticə:

1. Adətən, tarixdə baş verənlər zavala uğrayır;

2. Fövqəltəbii hadisələr isə zavala uğramaqdan amandadır;

3. Təbiət məntəqəsi hərəkət, tərəqqi və sonda zaval meydanıdır. Fövqəltəbii məntəqə isə səbat, davamiyyət və həmişəyaşar meydanıdır. Allahın kəlamına əsasən, sizin yanınızdakılar aradan gedəsi, Allahın yanındakılar isə qalasıdır. (“Qəsəs“/88.) İlahi rəngə boyanan və ilahi vəchə çevrilənlər sel və hərəkətin afət və bəlalarından amandadır. Kullu şəyin halikun illa vəchəh – Onun vəchindən başqa, hər bir şey məhvə məhkumdur. “ Bəli, Hüseyn yaşayır və yaşayacaq! (“Şukufayiye əql dər pərtove nehzəte Huseyni“, səh.223.)

Tarixdə baş vermiş bir çox müharibələr, cinayətlər, qətllər və kütləvi qırğınların Aşura faciəsi ilə müqayisədə daha da faciəli, daha da geniş olması danılmaz bir həqiqətdir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-29-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap