header

 İranın cənub-şərqində bir terror dəstəsi məhv edilib

Sepah-ın quru qoşunlarının Qüds qərargahının qüvvələri İranın Sistan və Bəluçestan vilayətinin Səravan şəhrestanında keçirdikləri uğurlu bir əməliyyatda bir terror dəstəsini məhv edə və dörd terrorçunu öldürə biliblər.

Bu əməliyyatda qonşu ölkədən İran İslam Respublikasının sərhəd postlarına hücum etmək niyyətində olan bir terror dəstəsi bu gün səhər Sepah-ın əməliyyat qüvvələrinin sayıqlığı nəticəsində Səravan sərhəd məntəqəsində zərərsizləşdirilərək, məhv edilibdir.

Sepah-ın quru qoşunlarının uğurlu əməliyyatında habelə iki terrorçu yaralanıb, yerdə qalan terrorçular qonşu ölkənin içərilərinə qaçıblar.

Sepah-ın quru qoşunlarının Qüds qərargahı bir məlumatda bildirib ki, bu qərargah, həmçinin İran İslam Respublikasının digər təhlükəsizlik, kəşfiyyat və nizam-intizam qüvvələri sayıqlığa və hərtərəfli informasiyaya malik olaraq, İran xalqının təhlükəsizliyini hədələyib, xətərə salmaq istəyən əcnəbi casusluq təşkilatları tərəfindən muzda götürülmüş ünsürləri və terror qruplaşmalarını izləyəcək və onlarla qətiyyətlə rəftar edəcəklər.

Sepah-ın quru qoşunlarının Qüds qərargahının qüvvələri İranın Sistan və Bəluçestan vilayətinin Səravan şəhrestanında keçirdikləri uğurlu bir əməliyyatda bir terror dəstəsini məhv edə və dörd terrorçunu öldürə biliblər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-28-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap