header

 General Səlami: Əhvaz şəhidlərinin qanının intiqamını alacağıq

Sepah baş komandanının əvəzi Ərəbistan və əmirliklərin başçılarına xitabən deyib: Əgər bizim qırmızı xətlərimizi keçsəniz, mütləq sizin qırmızı xətlərinizi keçəcəyik və bilirsiz ki, İran xalqının qüdrəti həyata keçərkən necə tufan qoparır.

Sepah baş komandanının əvəzi, briqada generalı pasdar Hoseyn Səlami bu gün Tehranın cümə namazı xütbələrindən öncəki çıxışında bildirib ki, Əhvaz terror hadisəsi bir regional və beynəlxalq zəncirə malikdir. O, deyib ki, bu kor-koranə strategiyaların konstruktorları ABŞ-sionist Ərəbistan rejimi-əmirliklər üçbucağı ətrafında fırlanır.

Səlami səudiyyə və əmirliklər rejimlərinə xitabən deyib: Şər işlər və fitnədən əl çəkin. Siz məğlub edilən-siniz. Şüşə saraylarda oturmusunuz. Siz İran xalqının intiqam zərbəsinə dözə bilməzsiniz. Biz təmkinlilik və inqilabçı nəciblik göstərdik, amma əgər bizim qırmızı xətlərimizi keçsəniz, mütləq sizin qırmızı xətlərinizi keçəcəyik və bilirsiz ki, İran xalqının qüdrəti həyata keçərkən necə tufan qoparır. Bəs, dinc oturun, müdaxilə etməyin; sizin regional ehtiraslarınız hər yerdə sizi məğlubiyyətlə üzləşdiribdir.

O, əlavə edib: Amerikaya da xəbərdarlıq edirik ki, terrorçuları himayə etməkdən əl çəksinlər; bu, onlar üçün də ziyanlı nəticələr gətirəcəkdir.

Sepah baş komandanının əvəzi Ərəbistan və əmirliklərin başçılarına xitabən deyib: Əgər bizim qırmızı xətlərimizi keçsəniz, mütləq sizin qırmızı xətlərinizi keçəcəyik və bilirsiz ki, İran xalqının qüdrəti həyata keçərkən necə tufan qoparır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-28-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap