header

 Həzrət Yunusun (ə) duası

Bu duanın din böyükləri və ariflər arasında özünəməxsus yeri var və onu “Zikri-Yunisiyyə” adlandırırlar

...لَا إِلَٰهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ


“Səndən başqa heç bir ilah yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!”(Ənbiya, 87).

İzah: Yuxarıdakı dua həzrət Yunusdan (ə) nəql olunmuşdur. O, ən çətin şəraitdə Allahdan problemlərin aradan qalxmasını və kədərinin dağılmasını istədi. Allah da onun duasını qəbul etdi və onu bu bəlalardan xilas etdi. Bu duanın din böyükləri və ariflər arasında özünəməxsus yeri var və onu “Zikri-Yunisiyyə” adlandırırlar. İslam peyğəmbərindən (s) nəql olunan bir rəvayətdə bu zikr Allahın “İsmi-əzəm”i adlandırılmışdır. Duanın əvvəlində Allahın ilahlığını etiraf etmək və Onun pak və müqəddəs olduğunu dilə gətirmək, həmçinin, keçmiş günahlarını iqrar etmək bu duada müşahidə etdiyimiz iki dua qaydasıdır.

Hədis:
 İmam Sadiq (ə): “Kədərli olan, amma bu duanı – La ilahə illa əntə subhanəkə inni kuntu minəz-zalimin – oxumayana təəccüb edirəm.” (Mən la yəhzuruhul-fəqih, c. 4, səh. 393, hədis: 5835).

Bu duanın din böyükləri və ariflər arasında özünəməxsus yeri var və onu “Zikri-Yunisiyyə” adlandırırlar
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-26-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap