header

 İmam Hüseyn (ə) kimin üçün günahdan paklanma qapısıdır?

Tarix boyu adətən bütün qəhrəmanlarla bağlı yanlış nəzərlər meydana gəlmiş və yayılmağa başlamışdır. İmam Hüseyn (ə) Aşura qiyamı ilə elə qəhrəmanlıq etdi ki, heç bir igid onun kimi ola bilməz.

Tarix boyu adətən bütün qəhrəmanlarla bağlı yanlış nəzərlər meydana gəlmiş və yayılmağa başlamışdır. İmam Hüseyn (ə) Aşura qiyamı ilə elə qəhrəmanlıq etdi ki, heç bir igid onun kimi ola bilməz.

 

İmamın (ə) hədəfi və qiyamı Allah yolunda idi və Peyğəmbər (s) sünnətini dirçəltməyə, cahiliyyəti aradan aparmağa cəhd edirdi. Lakin bəzi insanlar onun bu qəhrəmanlığını yanlış dəyərləndirir və təhrif nəzərlər irəli sürürlər ki, tarix boyu bu cür nəzərlərə çox rastlaşılmışdır.

 

Bu nəzərlərdən biri İmamı (ə) həddən çox qüdrətləndirmək olmuşdur. Onun etmədiyi əməlləri ona nisbət vermək olmuşdur. Belə ki, misal üçün “İsrari-şühəda” kitabında yazılır ki, Kərbəlada Ömər ibni Sədin ordusu 1 milyon 600 min nəfər idi və İmam Hüseyn (ə) təkbaşına onların 300 min nəfərini qətl etmişdir.

Ya Rövzəye-şühəda” kitabında iddia edilir ki, Kərbəlada İmama (ə) yardım edən dostlardan biri cin olan Zəfər idi.

 

Başqa yolunu azmış bir dəstə isə deyir ki, Kərbəla hadisəsinə ağlamaq deyil, sevinmək lazımdır. Çünki İmam Hüseyn (ə) İslam ümməti üçün Məsihdir. O, da xristianların günahlarını yuyan Məsih kimi, müsəlmanların günahlarını yumaq üçün şəhid olmuşdur.

Şəhid Mütəhhəri bu nəzəri tənqid edərək buyurur: “Əba Abdullah (ə) günahla mübarizə aparmaq üçün qiyam etmişdir. Bu, düz deyildir ki, İmam Hüseyn (ə) hamı üçün günahdan paklandırma qapısı olsun. Bütün il boyu günah edəsiniz və Məhərrəm ayı gələn zaman göz yaşlarınız ilə bu günahları yuyasınız?!

Həmçinin kim olduğunuz da mühüm olmasın. İstər İbni Ziyad olasınız, istərsə də Ömər ibni Səd?!”.

 

Alim buyurur ki, bu nəzər kökündən yanlışdır ki, günah əhli göz yaşı tökməklə günahdan paklanar. Bəli, əlbəttə, hədislərimiz buyurur ki, İmam (ə) üçün göz yaşı tökmək günahları yuyar. Ancaq bu əməl xalis tövbə edənlərə və dini vacibatlarını yerinə yetirən möminlərə aid edilir, nəinki Əhl-Beytə (ə) laqeyd olan və hətta qəlbində düşmənçiliyi olan və əhkamları rədd edən insanlara. İmam (ə) öz qiyamı ilə insanları bu cür qəflətdən ayıltmağa çalışmışdır. Onlara demək istəmişdir ki, ancaq iman və saleh əməl ilə Allaha yaxınlaşmaq olar. Məkr, hiylə, insanlara zülm və Quranı təhrif etmək heç də insanın aqibətini xeyirli etməyəcəkdir.

 

İmam Hüseyn (ə) o zaman günahdan paklanma qapısı olar ki, insan xalis və səmimi tövbə etsin. (Tebyan)

 

Əgər İmam Hüseyn (ə) qiyamının həqiqi ardıcıllarından olmaq istəyiriksə, gərək İmamın (ə) əxlaqına, İmamın (ə) imanına, İmamın (ə) əqidə və yoluna malik olaq. Ancaq o zaman İmam (ə) əzasında tökdüyümüz göz yaşlarının faydası olacaqdır.

Tarix boyu adətən bütün qəhrəmanlarla bağlı yanlış nəzərlər meydana gəlmiş və yayılmağa başlamışdır. İmam Hüseyn (ə) Aşura qiyamı ilə elə qəhrəmanlıq etdi ki, heç bir igid onun kimi ola bilməz.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-26-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap