header

 Kəbənin örtüyü yenidən aşağı endirildi

Kəbənin qorunma, təmizlik və hər hansı bir ziyanın baş verməməsi üçün həcc mövsümündə bir qismi yuxarı qaldırılan örtüyü yenidən aşağı endirilib.

Kəbənin qorunma, təmizlik və hər hansı bir ziyanın baş verməməsi üçün həcc mövsümündə bir qismi yuxarı qaldırılan örtüyü yenidən aşağı endirilib.

 

Tashaio.com İQNA-ya istinadən xəbər verir ki, Səudiyyə rejiminin rəsmi xəbər agentliyi SPA-nın məlumatına görə, kral Əbdüləziz Kisvəyi Şərif Kompleksinin baş direktoru Əhməd bin Məhəmməd Əl-Mənsuri Kəbə örtüyünün həcc mövsümündə qaldırılan qisminin yenidən endirildiyini qeyd edib.

 

Mənsuri aşağı endirilən hissənin Kəbə örtüyünün həcc mövsümündə 3 metrə qədər yuxarı qaldırılan hissəsinin olduğunu söyləyib.

 

“Təvaf vaxtı xeyli sayda hacı Kəbəyə toxunmaq istəyir və örtükdən yapışır. Bu da Kəbənin örtüyünə zərər verir. Bu səbəblə həcc mövsümünün sonuna qədər Kəbənin örtüyü yuxarıya qaldırılır, həcc mövsümünün sonunda təbii vəziyyətinə qaytarılır”, - deyə o, bildirib.

Kəbənin qorunma, təmizlik və hər hansı bir ziyanın baş verməməsi üçün həcc mövsümündə bir qismi yuxarı qaldırılan örtüyü yenidən aşağı endirilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-24-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap