header

 Səma əhli yanında ən sevimli olan yer əhli

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim səma əhli yanında ən sevimli yer əhlinə nəzər salmaq istəsə, Hüseynə (ə) baxsın”. Nəql edirlər ki, Əmr ibni As Kəbənin kölgəsində əyləşmişdi ki, görür Hüseyn ibni Əli (ə) gəlir. Deyir: “Bu şəxs bu ruzigarda səma əhlinin ən sevimli yer əhlidir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim səma əhli yanında ən sevimli yer əhlinə nəzər salmaq istəsə, Hüseynə (ə) baxsın”.

 

Nəql edirlər ki, Əmr ibni As Kəbənin kölgəsində əyləşmişdi ki, görür Hüseyn ibni Əli (ə) gəlir. Deyir: “Bu şəxs bu ruzigarda səma əhlinin ən sevimli yer əhlidir”.

 

İsmayil ibni Rəca atasından nəql edir ki, deyib: “Peyğəmbərin (s) məscidində insanların halqasında idim ki, Əbu Səyid Xudri və Abdullah ibni Əmri gördüm. Hüseyn ibni Əli (ə) bizim yanımızdan keçdi və salam verdi. Onlar da salamının cavabını verdilər. Abdullah o Həzrət (ə) ayrılınacan sakit durdu və sonra yüksək səslə dedi: “Sənə də Allahın salamı, rəhmət və bərəkəti olsun!”.

Sonra üzünü insanlara çevirib dedi: “Sizə səma əhli yanında ən sevimli olan yer əhlindən xəbər verimmi?”.

Dedilər ki, bəli.

Dedi: “O kəsdir ki, buradan keçdi. Siffeynin gecələrindən bəri mənimlə söhbət etməmişdir. Əgər o, məndən razı olarsa, qırmızı tüklü dəvəyə malik olmaqdan daha çox sevinərəm”.

 

Əbu Səyid deyir: “Ondan üzr istəmək istəmirsən?”.

Deyir: “Əlbəttə ki, istəyirəm”.

 

Onlar qərara alırlar ki, səhər İmamın (ə) sorağına getsinlər. Səhər mən də o ikisi ilə birlikdə İmamın (ə) yanına getdim. Girmək üçün icazə istədik və İmam (ə) icazə verdi.

Abdullah içəri girən kimi, Səyid dedi: “Ey Allah Peyğəmbərinin (s) övladı! O zaman ki, sən dünən bizim yanımızdan keçdin...”. Sonra Abdullahın macərasını ona danışdı.

 

İmam (ə) buyurdu: “Ey Abdullah! Bilirsən ki, mən səma əhlinin ən sevimlisiyəm?”.

Abdullah dedi: “Kəbənin Allahına and olsun ki, bəli”.

İmam (ə) buyurdu: “Bəs hansı şey səni mənimlə və atamla Siffeyndə vuruşmağa vadar etmişdi?! Allaha and olsun ki, atam məndən daha yaxşı idi”.

Abdullah dedi: “Bəli, elədir...”. (Həvzəh)

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim səma əhli yanında ən sevimli yer əhlinə nəzər salmaq istəsə, Hüseynə (ə) baxsın”. Nəql edirlər ki, Əmr ibni As Kəbənin kölgəsində əyləşmişdi ki, görür Hüseyn ibni Əli (ə) gəlir. Deyir: “Bu şəxs bu ruzigarda səma əhlinin ən sevimli yer əhlidir”.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-24-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap