header

 Ayətullah Xamenei: Əhvaz terrorunun arxasında ABŞ-ın əlaltıları durur

“Amansız və məyusedici hadisə İran xalqının düşmənlərinin cinayətkarlığını yenidən nümayiş etdirdi"

Tashaio.com-un  RİA-ya istinadən  verdiyi xəbərə əsasən, İranın Ali lideri Ayətullah Seyid Əli Xamenei bildirib ki, Əhvazda hərbi paradda törədilən terror aktının arxasında ABŞ rəhbərliyi altında fəaliyyət göstərən ölkələr dayanır.

Amansız və məyusedici hadisə İran xalqının düşmənlərinin cinayətkarlığını yenidən nümayiş etdirdi. Bu cinayətlər ABŞ-ın regiondakı əlaltı-dövlətlərinin işidir (və bu cinayətlərin) məqsədi bizim əziz ölkəmizdə qeyri-təhlükəsiz vəziyyətin yaradılmasıdır.”, - deyə Ayətullah Xamenei qeyd edib.

Xatırladaq ki, İranın Əhvaz şəhərində şənbə günü hərbi parad zamanı terror aktı törədilib. Hücum nəticəsində 28 nəfər dünyasını dəyişib, 60 nəfər isə yaralanıb. Terror hücumunun məsuliyyətini Səudiyyə Ərəbistanı ilə əlaqələri olan “Əhvazdakı Vətənpərvər Demokratik Ərəb Hərəkatı” öz üzərinə götürüb.

Qeyd edək ki, İranın xarici işlər naziri Muhəmməd Cavad Zərif də daha öncə bildirmişdi ki, terror aktının məsuliyyətini “terrorçuluğun regional sponsorları və onların amerikalı təlimçiləri” daşıyır.

“Amansız və məyusedici hadisə İran xalqının düşmənlərinin cinayətkarlığını yenidən nümayiş etdirdi"
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-24-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap