header

 İran terrorra görə Hollandiya, Danimarka və İngiltərə səfirliyinə nota verdi

Hollandiya və Danimarka səfirləri, həmçinin İngiltərənin Tehran səfirliyi vəkili İranın Əhvaz şəhərindəki terror hücumunu həyata keçirən təşkilat üzvlərinə ölkələrində icazə veridiyi üçün İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Tashaio.com-in "PressTV"yə istinadən məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi yazılı açıqlamasında, 3 ölkə diplomatlarının Xarici İşlər Nazirliyinə çağırılaraq Əhvaz hücumunu həyata keçirən terror təşkilatı üzvlərinə ölkələrində yaşayış icazəsi vermələrinə görə İranın sərt etirazı çatdırıldığını bildirib.

Qasimi Hollandiya və Danimarkaya bundan əvvəl də sözügedən terrorçularla bağlı xəbərdarlıqlar etdiklərini və tutub mühakimə olunmalarını tələb etdiklərini vurğulayaraq, "bu terrorçu qrupun üzvlərinin Avropa ərazisində cinayət etmədikləri üçün Avropa İttifaqının terror siyahısına daxil edilməmələri qəbuledilməzdir", - deyə bildirib.

Hollandiya və Danimarkadan terror aksiyasını pisləməklə yanaşı, qətliamın səbəbkarı olan terrorçuları və onlarla əlaqəli olanları İran məhkəməsinə təslim etmələrini istədiklərini bildirən Qasimi, "İŞİD Avropada fəaliyyət göstərsə necə həssaslıq nümayiş etdirərlər? Bu terrorçuların də İŞİD-dən heç bir fərqi yoxdur və heç bir ölkə vətəndaşı arasında ayrı-seçkilik qoyulmamalıdır", söyləyib.

Qasimi səfirlərin də məsələni ölkə rəhbərlərinə çatdıracaqlarını və ölkələrinin cinayətkarların müəyyən edilməsi üçün əməkdaşlığa hazır olduğunu bildirdiklərini əlavə edib.

İngilis diplomata isə "Əl-Əhvaziyə" adlı terror təşkilatın sözçüsünün Londondan yayımlanan televiziya kanalından hücumun məsuliyyətini üzərinə götürməsi açıqlamasını etməyə icazə verilməsinin də İran üçün qəbuledilməz olduğu çatdırılıb. İngilis diplomat da məsələnin rəsmi Londona çatdıracağını deyib.

Hollandiya və Danimarka səfirləri, həmçinin İngiltərənin Tehran səfirliyi vəkili İranın Əhvaz şəhərindəki terror hücumunu həyata keçirən təşkilat üzvlərinə ölkələrində icazə veridiyi üçün İran Xarici İşlər Nazirliyinə çağırılıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-23-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap