header

 Tripolidəki toqquşmaların nəticəsi: 115 ölü, 383 yaralı, 17 itkin

Liviyanın paytaxtı Tripolidə avqustun sonunda baş verən, tərəflər arasında əldə edilən atəşkəsdən sonra yenidən alovlanan toqquşmalarda 9 nəfərin öldüyü, ölü sayının 115-ə, yaralı sayının isə 383-ə yüksəldiyi bildirilir.

Tashaio.com-in məlumatına görə, Liviya Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada, dünən gecə paytaxt Tripolidəki toqquşmalarda ölən 9 nəfərinin ikisinin mülki vətəndaş olduğu bildirilir.

Səhiyyə Nazirliyi 17 nəfərin itkin düşdüyünü açıqlayıb.

Qeyd olunur ki, gecə ərzində Tripolinin cənubu və hava limanı ətrafında davam edən qarşıdurmalardan sonra paytaxtda bazar günü sakitçilik hökm sürür.

Liviyanın paytaxtı Tripoli 26 avqustdan etibarən 10 gün müddətinə Milli Razılıq Hökumətinə bağlı briqadalar arasında ağır silahların da istifadə olunduğu qarşıdurmalara səhnə olub.

Tərəflər arasında 4 sentyabr tarixində Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə atəşkəs təmin olunmuşdu.

Liviyanın paytaxtı Tripolidə avqustun sonunda baş verən, tərəflər arasında əldə edilən atəşkəsdən sonra yenidən alovlanan toqquşmalarda 9 nəfərin öldüyü, ölü sayının 115-ə, yaralı sayının isə 383-ə yüksəldiyi bildirilir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-23-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
Tashaio.com
SiteMap