header

 Həsən Ruhani: “Trampın aqibəti də Səddamın kimi olacaq”

İran-İraq müharibəsinin 38-ci ildönümü münasibətilə təşkil olunan hərbi mərasimdə danışan İranın prezidenti Həsən Ruhani, müqaviləni pozan ABŞ-ın prezidenti Donald Trampın İraqın devrilmiş diktatoru Səddam Hüseynin başına gələnləri yaşayacağını bildirib.

Tashaio.com İRNA-ya istinadən xəbər verir ki, İranın paytaxtı Tehrandakı hərbi mərasimdə Əhvazdan hücum xəbəri gəlməmişdən əvvəl danışan prezident Ruhani, 38 illik fasilədən sonra Səddamı müharibəyə təşviq edən tərəflə bir daha qarşı-qarşıya olduqlarına diqqət çəkib.

“ABŞ İran xalqına 12 il təzyiq və sanksiya tətbiq etdikdən sonra, danışıqlar masasına oturdu. Bir cümləyə görə masanın ətrafındakıları 17 gün ərzində yubatdı”, - deyən Ruhani, nəhayət 2015-ci ildə əldə olunan nüvə müqaviləsinin bölgənin və dünyanın marağına xidmət etdiyini bildirib: “Ancaq Səddamın hekayəsi burada da təkrarlandı və 38 il əvvəlki müharibə yenidən başladı. Lakin o vaxt ABŞ-a xidmət edən bir dövlətin müharibəsi idi, bu gün isə vəkalət müharibəsi artıq yoxdur. ABŞ şəxsən İran xalqının qarşısında dayanıb”.

Trampın da Səddam kimi müqaviləni pozduğunu vurğulayan Ruhani, Səddamın başına gələn aqibətin Tramp rəhbərliyinin də başına gələcəyini bildirib.

Trampın nüvə müqaviləsindən çəkilməsini bölgədəki bir-iki dövlət və rejimdən başqa heç bir dövlət və millətin dəstəkləmədiyini xatırladan İran prezidenti, bu gün hüquqi və əxlaqi baxımdan qələbə əldə etdiklərini, İranın ABŞ-a qarşı Beynəlxalq Haaqa Məhkəməsində iddia qaldırdığı üçün çox əsəbi olduğunu, məhkəmənin qərarının nə olursa-olsun öz öhdəliklərinə sadiq olub, beynəlxalq qaydalara hörmət edəcəklərini söyləyib.

ABŞ-ın İrana qarşı psixoloji və iqtisadi müharibə başlatdığına diqqət çəkən Ruhani, bu müharibənin sonunun 8 illik müharibədən daha gözəl olacağını və İran millətinin bu tarixi dövrü uğurla geridə qoyacağını bildirib.

Bu psixoloji və iqtisadi müharibədə ABŞ məğlub olacaq və İran milləti qalib olacaq. Amerika rəsmiləri müdafiə məqsədli silahlarımızı təhvil verməyimizi istəyirlər və nüvə müqaviləsinə qayıtmaq üçün raketlərdən imtina etməyimizi və onların düşüncəsinə görə, regiondakı proseslərə qarışmağımıza son qoymağımızı istəyirlər. Ancaq İran nə müdafiə silahlarından imtina edəcək, nə də müdafiə qabiliyyətlərindən. Hər keçən gün müdafiə gücümüzü artıracağıq. Sizin raketlərdən qəzəblənməyinizin mənası budur ki, ən fəal silahımız raketlərimizdir. Onda sizin sözlərinizlə bu gün raket gücümüzü daha da inkişaf etdirəcəyik”.

İran-İraq müharibəsinin 38-ci ildönümü münasibətilə təşkil olunan hərbi mərasimdə danışan İranın prezidenti Həsən Ruhani, müqaviləni pozan ABŞ-ın prezidenti Donald Trampın İraqın devrilmiş diktatoru Səddam Hüseynin başına gələnləri yaşayacağını bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-22-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap