header

 İmam Hüseynin (ə) əzadarlıq məclisləri necə olmalıdır?

Aşura faciəsini bəyan etmədən və onunla tanış olmadan bu yolda addım atmaq mümkünsüzdür.

Aşura faciəsini bəyan etmədən və onunla tanış olmadan bu yolda addım atmaq mümkünsüzdür. Ona görə də hədislərimiz tövsiyə edir ki, bu cür məclislərdə Aşura hadisəsi tanıdılsın və mötəbər mənbələrə söykənərək, mərsiyələr oxunsun. Bu mərsiyələrdə ixlas və sədaqət olsun. Bu məclislərdə dünyapərəstlik etmək bəyənilməzdir.

 

Bəs əza məclisləri necə olmalıdır?

 

1. Allah – məclisin əsas mehvəri olmalıdır. Bu məclislər insanları mənəviyyata dəvət edib, Allahla rabitələrini gücləndirməlidir. Məclislərin çox hissəsini mərsiyə və bu faciə haqqında səhih xütbələr təşkil etməlidir. İmamın (ə) qiyamındakı hədəfləri bəyan olunmalı və nə üçün vuruşduğu haqqında məlumat verilməlidir. Tasua günü ki, düşmən İmama (ə) hücum etmək istəyir, Həzrət öz qardaşı Abbasa (ə) buyurur: “Onlara tərəf qayıt və əgər bacarsan (döyüşü) səhərə qədər təxirə sal. Bu gecə Allahımız üçün namaz qılaq və dərgahında dua edək. Ondan bağışlanma istəyək. O, yaxşı bilir ki, mən namaz qılmağı, Kitabını tilavət etməyi və dua, münacat etməyi çox sevirəm”. (Həvzəh)

 

2. Aşura hadisəsini düzgün tanıtmaq lazımdır, mübaliğələrdən çəkinmək lazımdır. Bu məclislərdə mötəbər mənbələrə söykənərək, Aşura hadisəsi tanıdılmalıdır. Məhərrəm ayının bu ongünlüyündə baş verənlərin hamısı düzgün şəkildə, tarixdə nəql olunduğu kimi insanlara tanıdılmalıdır.

 

3. Əhli-Beytə (ə) sevgi aşılanmalıdır. Əhli-Beyt (ə) İmam Hüseyn (ə) üçün ağlayıb, əza saxlamağı tövsiyə etmiş və özləri də buna əməl etmişdilər. Onlar mərsiyə deyənləri həmişə təşviq etmiş və onları mükafatlandırmışdılar. İmam Baqirin (ə) dövründə Kəmiyyət adlı bir şair var idi ki, İmamın Həvzəh yanında mərsiyə söyləyir. Həzrət (ə) ağlayır və sonra ona buyurur: “Hər bir insan ki, bizi yada salan zaman gözündən milçəyin qanadı qədər yaş gələrsə, Allah onun üçün behiştdə ev inşa edər və o (göz yaşı) onunla (atəş) arasında maneə olar”.

 

Mahir mərsiyə deyən o kəsdir ki, bu hadisəni təhlil edib, mötəbər mənbələr əsasında rövzələr desin. İnsanlara o günün hiss və həyəcanını çatdıra bilsin. İnsanlarda İmam Hüseynə (ə) qarşı sevgi yaratsın. Ancaq bu yolla Aşura faciəsini diri saxlamaq olar.

Aşura faciəsini bəyan etmədən və onunla tanış olmadan bu yolda addım atmaq mümkünsüzdür.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-22-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap