header

 İSLAM – İNSANSEVƏR MƏKTƏB

Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 272-ci ayəsində buyurur:

لَّيْسَ عَلَيْكَ هُدَاهُمْ وَلَـكِنَّ اللّهَ يَهْدِي مَن يَشَاء وَمَا تُنفِقُواْ مِنْ خَيْرٍ فَلأنفُسِكُمْ وَمَا تُنفِقُونَ إِلاَّ ابْتِغَاء وَجْهِ اللّهِ وَمَا تُنفِقُواْ مِنْ خَيْرٍ يُوَفَّ إِلَيْكُمْ وَأَنتُمْ لاَ تُظْلَمُون

(Ya Peyğəmbər!Onların (insanların) hidayəti sənin öhdəndə deyildir. Sənin vəzifən çatdırmaq, qorxutmaq, müjdə vermək və dəlil gətirməkdən ibarətdir). Lakin (Öz hikmət və rəhmətinə uyğun olaraq) Allah kimi istərsə, onu hidayət edər. (Allah yolunda) nə mal xərcləyirsinizsə, öz xeyrinizədir və Allahın razılığını qazanmaqdan başqa bir şey üçün xərcləmirsiniz. (Odur kimalların ən yaxşısını xərcləyin və minnət də qoymayın). (Allah yolundaxərclədiyiniz malın əvəzi kamil surətdə sizə veriləcəksizə əsla zülm olunmayacaqdır (haqqınızdan kəsilməyəcəkdir).

NÖQTƏLƏR

“Məcməul-bəyan” təfsirində və Fəxr Razinin təfsiri kitabında bu ayənin nazilolma səbəbi haqqında qeyd olunur ki, müsəlmanlar müşrik və qeyri-müsəlman yoxsula infaq və yardım barədə şəkkə düşdükləri vaxt bu ayə nazil oldu.

Həzrət Peyğəmbər (s) və Əhli-beytin (ə) həyat yolunda qeyri-müsəlmanlara infaq və yardım nümunələri ilə rastlaşırıq. Hətta bu ilahi şəxsləri təhqir edənlər və ya onların haqqını qəsb edənlər də onlar tərəfindən xeyirxahlıq görürdülər.

BİLDİRİŞLƏR

1. Kafirlərin iman gətirməsi üçün iqtisadi təzyiqlərdən, infaq və yardımın tərk olunmasından istifadə etməyin.

2. Hidayət yalnız hazırlıqlı qəlblərə şamil olan ilahi müvəffəqiyyətdir.

3. Məhrumların halına yanmaq insanlıq vəzifəsidir. Bu səbəbdən də, qeyri-müsəlmanlar infaqdan məhrum edilməməlidir.

4. İslam insansevər bir məktəbdir. Bu din hətta qeyri-müsəlmanlara münasibətdə də fəqirliyi və məhrumluğu bəyənmir.

5. Allah yolunda infaq və yardımın faydası insanın özünə qayıdar. Bu iş onda səxavət ruhunu dirçəldər. İnfaq vasitəsi ilə təbəqələrarası ixtilaf və ictimai partlayışların qarşısı alınar. Bu yolla cəmiyyətdə məhəbbət yaranar. İnfaq insanın malını azaltmır, əksinə onun paklığına səbəb olur.

6. Yalnız Allahın razılığı üçün xərc çəkin. Çünki bu dünyaya aid olan bütün faydalar bir gün aradan gedəcək, Allah razılığı üçün görülən işlər isə daim bəhrəli qalacaqdır.

7. Var-dövlətdə xeyir var.

8. Allah yolunda infaq və yardım edərkən əliniz və qəlbiniz açıq olsun. Çünki infaq etdiklərinizi son zərrəsinədək geri alacaqsınız.

9. Qiyamətdə o insanlar faydalanır ki, məqsədləri yalnız Allahın razılığı olmuşdur. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, “Bəqərə” surəsi, 272-ci ayənin təfsiri.)

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-22-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap