header

 İranda hərbi paradda terror aktı: Çox sayda ölən və yaralanan var

İranın cənubunda terror aktı törədilib.

Tashaio.com-un "Press TV"-yə istinadən verdiyi xəbərə əsasən, İranın cənubdan yerləşən Xuzistan əyalətinin Əhvaz şəhərində keçirilən hərbi parad zamanı terror aktı törədilib.

Naməlum şəxslər parad zamanı atəş açmağa başlayıblar. "Tasnim"in məlumatına görə, terror nəticəsində 10 nəfər dünyasını dəyişib. Ölənlərdən birinin jurnalist olduğu qeyd edilir. 21 nəfər isə yaralanıb. Yaralıların bəzilərinin vəziyyəti kritikdir.

Təhlükəsizlik qüvvələri 2 terrorçunu məhv ediblər.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib ki, Əhvazdakı hücumu "xarici rejimlərin tutub, təlim verib, silahlandırıb maliyyələşdirdiyi" terrorçular törədib.

"Belə hücumların məsuliyyətini terrorçuların regional sponsorları və onların amerikalı təlimçiləri daşıyır", - deyə Zərif "Twitter"-də yazıb və əlavə edib ki, İran öz vətəndaşlarının müdafiəsi üçün "tez və qəti" cavab tədbirləri görəcək.

Qeyd edək ki, bu gün İranın müxtəlif şəhərlərində, o cümlədən də paytaxt Tehranda hərbi paradlar keçirilir. Bu paradlar müqəddəs müdafiəyə - 1980-1988-ci illərdə baş vermiş İran-İraq müharibəsinə ithaf edilib.

İranın cənubunda terror aktı törədilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-22-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap