header

 İsrail və Türkiyə arasında gizli görüşlər keçirilir - İDDİA

İsrail mediası bu haqda diplomatik dairələrə istinadən məlumat yayıb.

Tashaio.com-un İsrail mediasına istinadən verdiyi xəbərə əsasən, Türkiyənin İsrail səfirini ölkədən çıxarmasından 4 ay sonra hər iki ölkə münasibətlərin normallaşdırılması məqsədi ilə gizli danışıqlar aparırlar.

İsrail və Türkiyə rəsmilərinin sözlərinə görə, əgər son zamanlar xüsusi bir böhran olmazsa, yəhudi bayramlarından sonra hər iki ölkənin öz səfirlərini geri qaytaracağı gözlənilir.

Bundan başqa, İsrail rejiminin Xarici İşlər Nazirliyi 2019-cı ilin yayın üçün Türkiyəyə yeni İsrail səfiyinin təyin edilməsinə dair tenderi dərc edib.

Xatırladaq ki, ABŞ-ın İsraildəki səfirliyini Tel-Əvivdən Qüdsə köçürməsi və “Qayıdış marşı” zamanı onlarla fələstinlinin qətlə yetirilməsindən sonra Türkiyə İsrailin Ankaradakı səfiri Eytan Naehi ölkədən çıxarmışdı.

İsrail mediası bu haqda diplomatik dairələrə istinadən məlumat yayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-18-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap